Xalq Təbabəti Xəstəliklər

Bexterev xəstəliyinin (ankilozlaşdırıcı spondilit) çarələri

Bexterev xəstəliyinin (ankilozlaşdırıcı spondilit) çarələri

Ağır və üzücü oynaq xəstəliyi olan spondilit zamanı oynaqların yumşaq toxumaları sərtləşir, bu proses çox güclü ağrılarla müşayiət olunur. Xəstələrin illərlə dərman müalicələri almaqlarına baxmayaraq nəticə ürəkaçan olmur, ağrıların şiddəti getdikcə artır, bu da ağrıkəsici preparatların uzun müddət fasiləsiz qəbuluna gətirib çıxarır. Spondilitin ağır mərhələlərində fəqərəarası oynaqlar əyilir və hərəkətsizləşir.

Spodilit xəstəliyinin bir neçə təbii müalicə üsulu haqda yazmaq istəyirəm. Birincisi, belə xəstələr çox hərəkət etməli, əsasən də su idman növləri ilə məşğul olmalıdırlar. Xəstə oynaqlar gündə bir dəfə yarım saat ərzində təzə gicitkən yarpaqlarından düzəldilmiş süpürgə ilə döyəclənməlidir, belə ki, gicitkənin tərkibindəki zəhərli maddələr oynaq nahiyəsini yandırır, bununla da həm qan dövranını sürətləndirir, həm də ağrıların azalmasına kömək edir. Proseduru ildə 4 dəfə, hər dəfə 15 gün müddətində təkrarlamaq olar. Xatırladım ki, təzə gicitkəni ilinbütün fəsillərində tapmaq olar.

Reseptini verdiyim çay mütəmadi qəbul olunmalıdır:

Ud hindi tozu - 100 qram

Qarazirə tozu - 100 qram

Sarıkök tozu  - 100 qram

Zəncəfil tozu  - 100 qram

Dəfnə toxumu  - 100 qram

Bitkilər toz formasında bir-birinə qarışdırılır,  ağzı kip bağlanılan şüşə qaba tökülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir.

Ağrıyan oynaqlar gündə bir dəfə yarım saat isidilmiş qara zirə yağı ilə masaj olunmalıdır.

Spondilit xəstəliyində ağrıyan oynaq üzərinə ayda 3-4 banka həcəmət etdirmək çox fayda verir. Həcəmət zamanı iltihablaşmış qanın xaric olması xəstənin vəziyyətini yaxşılaşdırır. Bu proseduru hər ay edə bilərsiniz.

Bexterev xəstəliyindən əziyyət çəkənlərə son tövsiyəm budur ki, ayda bir dəfə ağrıyan oynaqların üzərinə 10-15  ədəd zəli qoysunlar, zamanla zəlilərin sayını 20 ədədə qədər artırsınlar. Bu müddətdə qan laxtalanması nəzarətdə saxlanmalıdır. Zəlinin ağız suyunda olan maddələr nəinki sümükləşməni ləngidir, hətta kirəcləşmiş toxumaların elastikləşməsinə səbəb olur.

Spondilitli xəstələr düz yataqda, yorğan qalınlığında döşəyin üstündə başları çox dik olmamaq şərtilə yatmalıdır. Bişmiş yeməklərdən az istifadə etməli, daha çox çiy tərəvəzlərə, zeytun yağında hazırlanmış salatlara üstünlük verməlidir.

Spondillit xəstələri üçün çaylar:

Ballınanə  yarpağı  - 100 qram

Cökə çiçəyi    -    100 qram

Kəklikotu    -     100 qram

Yaşıl çay   - 100 qram

3 stəkan suya hərəsindən 1 dolu çay qaşığı qarışdırıb dəmləməli dəmləndikdən sonra süzüb termosa tökməli gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək lazımdır.

Spondillit xəstələri üçün məcun:

Zəncəfil - 50 qram

Dəfnə toxumu - 100 qram

Sarıkök  - 50 qram

Propolis - 60 qram

Ud hindi - 50 qram

Bal - 1 kq

Bitkilər toz formasında bal ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı yeyilir.

Paylaş: