Faydalı Xalq Təbabəti Bitkilər

Bibəriyyə – təbii aptekdir

Bibəriyyə – təbii aptekdir

Bibəriyyə o qədər faydalı bir bitkidir ki, təsirləri saymaqla tükənmir.

Bibəriyyə güclü iltihab əleyhinə təsirinə görə revmatizm xəstəliyi zamanı çox faydalıdır. Bədənin immun müqavimətini artırır, bu məqsədlə bibəriyyə çayı həftədə 1-2 dəfə içilir. Güclü əsəb sakitləşdirici təsiri var, xüsusən axşam yuxuya getməkdə çətinlik çəkənlər, əsəb gərginliyi və stresə məruz qalanlar üçün faydalıdır. Saç köklərini dərinləşdirir, kəpəklənməni götürür, bununla da saç tökülməsinin qarşısını alır. Saçlar yuyulduqdan sonra onların uzunluğundan asılı olaraq 1-2 xörək qaşığı bibəriyyə 1-2 stəkan suda dəmlənir və saçlar bu su ilə yaxalanır.

Dəri səpgilərində, qaşınmalarda, diatezlərdə bibəriyyə dəmləməsi ilə islatma qoyulur. Baş ağrısı zamanı isə həmin dəmləmə ilə boyun, saç dibləri, qulaq arxası masaj edilir.

Bibəriyyə 15 əsrdir ki, xalq təbabətində istifadə olunur. Sübut olunmuşdur ki, 2-3 gündən bir bibəriyyə çayı içən adamlarda skleroz və Alsheymer xəstəliyi olmur. Arıqlamaq istəyənlər

üçün faydalıdır, belə ki, bibəriyyə başqa arıqladıcı vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir, yalnız iştahanı zəiflədir.

Bibəriyyə həyətyanı sahələrdə, dibçəklərdə əkilə və dərilib istifadə oluna bilər. Bibəriyyə kolunun ətri çox gözəldir, həmişəyaşıl bitkidir. Bitki Mərdəkandakı botanika bağında çox əkilir.

Təzə bibəriyyəni yığıb kölgədə qurudun, üstünə zeytun yağı tökün, ağzını bağlayın, isti bir otaqda 10 gün saxlayın və ya ağzı bağlanıla bilən bir bankaya bitkiləri tökün qab tam dolana qədər, sonra üstünə yenə də qab tam dolana qədər rafinə olunmamış zeytun yağı tökün, sobada 50 dərəcə temperaturda 4-5 saat saxlayın, bibəriyyə yağınız hazırdır.  Alınan yağlı çıxarış ağrıkəsici təsirinə görə miozit (qulunc), revmatizm, oynaq ağrıları zamanı masaj üçün istifadə olunur. Bu yağ səpgiləri, sızanaqları və akneləri də sağaldır. Dəmləməsi ilə qarqara etdikdə və ya təzə yarpaqlarını çeynədikdə ağız qoxusunu aradan qaldırır. Mədə-bağırsaq yarasında helikobakter pilori bakteriyası aşkar olunursa müalicədə bibəriyyə çayının içilməsi çox faydalıdır. Bibəriyyə çayı yüngül işlədicidir, bağırsaqların hərəkətini artırır, bununla da köp və qəbizlikdə müsbət nəticə verir.

Bəzi xəstələr yediyi yeməyin mədədə uzun müddət qalmasından və həzmsizlikdən şikayətlənir. Belə halda bir hissə bibəriyyə ilə bir hissə kəcəvər kökü bir-birinə qarışdırılır, çay şəklində dəmlənib içilir. Böyrək ağrılarında, soyuqdəymələrdə və ödemlərdə bu çayın gündə 3 dəfə içilməsi sidikqovucu təsir göstərir.

Hamiləlik zamanı və südvermə dönəmində içməsi məsləhət deyil.

Paylaş: