Faydalı Sağlamlıq Xalq Təbabəti Xəstəliklər

Bunları birlikdə yemək olmaz

Bunları birlikdə yemək olmaz

Bəzən yeməkdən sonra ürək bulanmalar, zəhərlənmələr ola bilər, bunları bilmək ən azından ağır fəsadlardan həm özümüzü həm də ətrafımızı qoruya bilərik.

Qatıqla birlikdə balıq yemək. Bunları birlikdə yemək ağır xəstəliyə səbəb ola bilər.

Yemişlə birlikdə bal yemək çox ağır zəhərlənməyə səbəb ola bilər.

Çiriş göyərtiyə bənzər qovrularaq yeyilən bir göyərtidir qovurmazdan əvvəl 10 dəqiqə qaynadıb sonra qovurmaq lazımdır. Qaynadılmayanda güclü ürək bulanma və qusmaya səbəb ola bilir.

Qatıqla sirkə birlikdə yeməklərə istifadə olunanda zəhərlənməyə ssəbəb ola bilər.

Südlə təzə pendir, südlə balıq, südlə qatıq da birlikdə yeyiləndə mədə bağırsaq pozulmalarına səbəb ola bilər. Bakı Sumqayıt yolunda sarı rəngdə yağlı göbələk satılır, dadlı bir göbələkdir amma qaynatmadan qovrulması zəhərlənməyə səbəb ola bilər.

Üzəri gümüşü falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yeməyin. Müəyyən edilmişdir ki, bu çox güclü bir konserogendir yəni xərçəng əmələ gəlməsinə səbəb olur.

Təndirdən təzə çıxmış toyuq ətini qətiyyən bükmək olmaz, əl yandırmayan hala gəldikdən sonra bükmək olar.

Süd ayran və banan birlikdə yeyilməsi mədə bağırsaq pozulmasına səbəb ola bilər.

Ümumiyyətlə çalışmaq lazımdır ki, yemək bir çeşiddən ibarət olsun yemək çeşidləri artdıqca problemlər də artacaqdır. Keçmişdə daha çox yeyilən bozbaşın suyu əvvəlcə ət, noxudu isə sonra yeyilirdi bu sağlıqlı qidalanmadır çünki hamısı bir qazanda bişmiş yeməkdi. İndi isə məsələn əvvəl yediyimiz mərci supu, sonra yediyimiz başqa yeməklər düzgün qidalanma deyildir. Necə deyərlər məndən demək, sizdən yemək nuş olsun.

Paylaş: