Faydalı Xalq Təbabəti

BURUNDA QOXU HİSSİNİN AZALMASI VƏ İTMƏSİ ZAMANI ( HİPOSMİYA VƏ ANOSMİYA ZAMANI)

BURUNDA QOXU HİSSİNİN AZALMASI VƏ İTMƏSİ ZAMANI ( HİPOSMİYA  VƏ ANOSMİYA ZAMANI)

Burunda qoxu hissi güclü soyuqdəymə zamanı və qrip olanda müvəqqəti itə bilər. Bu qorxulu bir hal olmayıb müvəqqətidir bir müddət sonra düzələcək. Amma bəzən illərlə çəkən qoxu bilməməzliyi olur, bu daha çox allergik rinitdə burun balıqqulaqlarının şişməsi və iltihablaşmasından sonra olur.
1. Bu zaman burun dəliklərinə gündə 3dəfə hər dəfədə 3-4 damcı ud hindi yağı propolislə tökə bilərsiniz. 
2. Gündə 3 dəfə burun dəliklərinə 2damcı qarazirə yağı tökməkdə faydalıdır.
3. 1 çay qaşığı alma sirkəsi 3 xörək qaşığı suya qarışdırıb gündə 4-5 dəfə burun dəliklərinə 5 - 6 damcı tökə bilərsiniz.
4. 1 çay qaşığı çörəkotu yarım stəkan sirkədə 5 dəq qaynadılır 1 gün sonra süzülür sonra stəkan tam dolana qədər qliserin əlavə olunur gündə 3 dəfə hər dəfədə 3damcı burun dəliklərinə tökülür.
5. Ud hindi tozu içilir bu allergiya zamanı allergiyanın qarşısını alır gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı ağıza atıb üstdən bir stəkan içməli 2ay.
6. 1 stəkan suya 1xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırıb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içməli.

1,421
Paylaş: