Çöpçülər kimlərdir? Çöpçüyə gedək, yoxsa yox?

Çöpçüyə gedək, yoxsa yox

Bu sual nəinki sadə vətəndaşların, bəzən həkimlərin belə mübahisə obyekti olur, amma nə olur olsun insanlarımız və çöpçülərimiz öz işlərindədir.

Yaxşı, bəs bu çöp həqiqətən varmı və yaxud doğurdan da uşağın boğazında qalırmı? Bunu elm birmənalı inkar edir, belə bir şey yoxdur, amma bunu hamımız bilirik ki, bəzən yediyimiz yeməyin üstündən 1-2 saat keçəndən sonra boğazımızı haykıranda həmin yemək qırıntıları ağzımıza gəlir, deməli uşaqlar bunu bacarmırlarsa həmin qırıntılar boğazda qala bilər. Amma bu qırıntılar biz azərbaycanlılarda yaman çox qalır, məgər Avropada uşaq böyümürmü, axı orada çöpçü yoxdur.

Deməli, uşaqların bilmədən ağzına qoyduqları bərk hissəciklər çox nadir hallarda boğaza ilişib qala bilər, sizin çöpçü yanına apardığınız uşaqların öyrəncəli olduğunu bütün valideyinlər bilir, çünki çöpçü çox təzyiqlə uşağın burnuna üfürür, sonra həmin yemək qırıntıları ilişib qalan kisəcik böyüyür və çöpcüdən asılı vəziyyətə düşürsünüz, hələ bir təhlükəni də deyim burun dəliyi ilə qulaq arasında bir boru var buna yevstax borusu deyirlər, çöpçü təzyiqlə üfürən zaman uşağın qulaq pərdəsi cırıla bilər bəlkədə neçə dəfələrlə cırılıb bilməmisiniz.

Yaxşı bəs nə etməli? Mən sizə təhlükəsiz bu işin həllini deyirəm uşaqlarınız yazıqdır, onlara bir daha bu əziyyəti verməyin.

Əgər çöpdən şübhələnirsinizsə, axşam uşağın hər burun dəliyinə 5-6 damcı zeytun yağı tökün, səhər bir vedrə suyu isidin, bir dəfəyə yavaş-yavaş uşağın təpəsindən bir nöqtəyə tökün, uşağın çöpü öz-özünə gedəcəkdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.