Faydalı Sağlamlıq Ümumi Xalq Təbabəti

Çuğundur və balqabağı belə hazırlayın (həm özündən, həm də şirəsindən faydalıdır)

Çuğundur və balqabağı belə hazırlayın (həm özündən, həm də şirəsindən faydalıdır)

1. Əvvəlcə çuğundur haqqında və hazırlanması haqqında.

Çuğundurun faydasını demək olar hamı bilir, tarixdən bizim insanlarımız qan azlığında, zəiflikdə, bədən soyuqluğunda, qəbizlikdə həmişə istifadə edib. Çuğunduru birazda dərindən araşdırsaq insan oğlu üçün başdan-başa şəfa mənbəyidir, çuğundur revmatizm və revmatoidli poliartrit xəstələri üçün olduqca faydalı qidadır, Çuğundur qanın tərkibində oksigenin miqdarını artırır, bununla da beyin qidalanmasını yaxşılaşdırır, yaddaşsızlığı aradan qaldırır, skleroz xəstələri üçün faydalı qidadır. Axşamlar çuğundur şirəsi içmək əsəbləri rahatlaşdırır, yuxunu dərinləşdirir, Ağciyər xəstəliklərində, yüksək təzyiqdə çuğundur çox faydalıdır. Son araşdırmalarda çuğundurun xərçəng əleyhinə güclü antioksidant təsiri ortaya çıxmışdır, damarları elastikləşdirdiyində infarkt, ateroskleroz kimi xəstəliklərdə olduqca faydalıdır, çuğundurdan daimi istifadə edənlərin saçları gur və qalın, dəriləri parlaq olar. Çuğundur başdan-başa təbii vitamin və mineral deposudur. Şəkər xəstələri də çuğundurun şirəsindən istifadə edə bilərlər.

2. Balqabaq –  Balqabaq Peyğəmbər yeməyi kimi tanınmış orqanizmə faydaları bitməz və tükənməz bir nemətdir. Balqabaq beta karotinlərlə zəngin olduğundan gözlər üçün şəfa mənbəyidir, baqabaq istifadə edənlər gec qocalar dərilərində qırışlar və sellülitlər az olar. Balqabaq qaraciyər üçün çox faydalıdır, hepatitlərin bütün növlərində faydalıdır, dalaq böyüməsində, qəbizlikdə, prosatitdə kistalarda bədən sağlamlaşdırıcı vasitə kimi çox faydalıdır, balqabaq sümük toxumasını möhkəmləndirir, sümük boşluqlarında sümük əriməsində balqabaq yemək çox faydalıdır. Balqabağın tərkibindəki zəngin kalium ürək üçün çox faydalıdır, ürək zəifliyində, ürək aritmiyalarında balqabaq yemək faydalıdır, Allergiyadan əziyyət çəkən insanlar üçün həm balqabaq, həm də çuğundur olduqca faydalı qidalardır, Böyüməkdə olan uşaqlar üçün balqabaq çox faydalıdır, çünki bədən üçün lazımlı minerallar və vitaminlər balqabaqda daha çox vardır. Əzələlərində tez-tez qıcolması olan xəstələr üçün balqabaq çox faydalıdır, çünki tərkibində zəngin maqnezium vardır. Maqnezium həm də stressə qarşı faydalıdır, Balqabaqda çuğundur kimi saç tökülməsində faydalıdır. Yüksəlmiş xolesterin üçün balqabaq yemək olduqca faydalıdır, balqabaq şirəsindən şəkər xəstələridə istifadə edə bilərlər, balqabaq və çuğundurun tərkibində bol lif olduğundan bağırsaqları çalışdırır, bununla da qəbizlik və babasil kimi xəstəliklər aradan qalxır. Balqabaq və Çuğundur insanda təzə qan əmələ gətirirlər. Həm balqabaq, həm də çuğundur bizdə olduqca bol olmasına baxmayaraq biz onlardan geniş istifadə edə bilmirik, istifadə edə bilməməyimizin bir neçə səbəbləri vardır.

1. Baqabaq və çuğundurun şirəsini çəkəndə həm həddindən artıq zəhmət tələb olunur, həm çox tullantı əmələ gəlir hansıki həmin tullantıların tərkibindəki bizə faydalı qidalar şirəsindən çoxdur, həm də bağırsaqlar üçün lazımlı sellüloza tamamilə atılır.

2. Baqabaq və çuğundurun özünü çiy çiy yemək. Bu üsul çox faydalı üsul olsa da bu da bir çox insanların sevmədiyi bir qidadır. Bizim hazırlayacağımız içkinin tərkibində həm şirəsi, həm sellülozası və həm də heç bir tullantısı olmayacaq. Deməli balqabaq və çuğundur soyulduqdan sonra dişləmə qənd boyunda doğranılır, bərabər miqdarda bir-birinə qarışdırılır, bu qarışıqdan 1 stəkan götürüb üstünə 2 stəkan su əlavə olunur və blenderlə qarışdırılır, içkimiz hazırdır, içkidən gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Profilaktik məqsədlə gündə 1 və ya 2 stekanda içmək olar. İçkimizdə həm meyvələrin şirələri, həm sellülozası, həm də hər ikisinin faydası vardır. Zövqə görə içkiyə təzə zəncəfil və ya darçın tozu və ya mixək tozu və ya bal qarışdıra bilərsiniz.

Paylaş: