Xalq Təbabəti

Dəmrovlar üçün çarə

Dəmrovlar üçün çarə

Dəmrov xəstəliyinin bir neçə forması olsa da bu resept bütün növ dəmrovların müalicəsində faydalıdır. Orta ölçülü qazanın içinə kiçik bir qazan qoyun, içinə barmaqdan yoğun olmayaraq 5-10 santimetr uzunluğunda doğranmış təzə yulğun qoyun və adi sobaya yerləşdirib 20-30 dəqiqə 60-70 dərəcədə saxlayın, yulğundan axan maye kiçik qazana töküləcəkdir.Tökülən maye yulğunun qətranıdır (qətran hazırlanması haqqında internetdə bir neçə üsullar var onları izləyib özünüz ev şəraitində qətran ala bilərsiniz)

Həmin mayedən gündə 2-3 dəfə pambıqla dəmrovun üstünə çəkin. Və ya yun çubuğu yanan zaman axan mayeni toplayıb dəmrov və ekzemaların üstünə sürtün, gündə 2 dəfə, sağalana qədər.

Paylaş: