Dəri yaraları üçün çarələr

dəri yaraları

Dəri yaralarının müalicəsində müxtəlif bitkilərdən hazırlanmış dəmləmə və əzilmələr zədəli nahiyəyə qoyularaq istifadə edilə bilir.

Məsələn, sulanan və ya irinləyən dəri yaralarında 1 xörək qaşığı boymadərən 1 stəkan suda dəmlənərək süzülür, pambıq dəmləməyə batırılıb yaranın səthi təmizlənir və üstünə adi İran xınası səpilir. Proseduru gündə 3 dəfə təkrarladıqda yara qısa zamanda sağalır.

Uzun sürən xoralarda qırmızı soğanın şirəsi faydalıdır. Müalicə zamanı gündə 2-3 dəfə yara soğan suyu ilə silinir, üzərinə dazıotu yağı çəkilir. Dazıotu yağını hazırlamaq üçün 100 qram günəbaxan yağına 2 xörək qaşığı dazıotu bitkisi əlavə olunur, ya günəş altında 3 gün saxlanılır, ya da sobada 60 dərəcədə 3 saat saxlanıb süzülür. Dazıotu yağı yanıq yaralarının müalicəsi üçün də əvəzolunmaz vasitədir, həm yaranın ağrısını azaldır, həm sağalmasını tezləşdirir, həm də sağalandan sonra yanıq izi qalmır.

Bəzən yaşlı adamlarda, əsasən də baldır nahiyələrində sağalmayan trofik yaralar olur, onda yuxarıda yazdığım reseptlərlə birlikdə ayaqda qan dövranını yaxşılaşdırmaq lazım olur, bu məqsədlə müalicələrlə paralel hicama (həcəmət) və zəli qoymaq lazımdır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.