Dombalan göbələyi nədir? Faydaları nədir? (ingiliscə Truffle)

dombalan

Salamaleykum. Hər aprel ayında bazarlarımızda dombalan satılır, demək olar Azərbaycanın bütün bölgələrində yabanı halda bitir. Kəndimizdə uşaq vaxtlarımızda çox yığardıq, bəzən o qədər yığardıq ki, dombalan yeməkdən bezərdik (o zamanlar dombalanın qiymətindən xəbərimiz yox idi). Bəli, bu gün dombalan Avropada ən çox bahalı satılan ərzaqlardan biridir: 1 kq təxminən 2000 avro. Amma deyərdim ki, bu qiymət çox bahalı bir qiymətdir, bu da dombalanın dad və faydalarından çox az tapılmasından irəli gəlir. Bu gün dombalanı yalnız Avropa dövlətləri becərdir və kütləvi satış edirlər.

Faydaları

Dombalan çox gözəl ətirli bir göbələkdir. Bizdə yayğın olmasa da, Avropada dombalan ətrinin necə deyərlər aşiqləri var. Dombalan çiy halda rəndələnir, yeyilən yeməklərə qarışdırılır, bu yeməklər çox bahalı yeməklər olduğundan, hamı bu yeməkləri yeyə bilmir, necə deyərlər əli çatmayanlar isə belə edir. Dombalanı rəndələyib, rafinə olunmamış zeytun yağına qarışdırıb, 3 gün 50 dərəcə temperaturda saxlayıb, süzürlər. Dombalanın gözəl ətri zeytun yağına keçir və bu yağı istifadə olunan yeməklərə və salatlara qarışdırırlar. Buna da əli çatmayanlar və dırnaqarası işbaz restoranlar sintetik üsulla alınmış dombalan ətrindən istifadə edirlər, oralara yolunuz düşsə dombalan dadmaq istəsəniz bu yazdıqlarıma diqqət edin. Dombalan cinsi gücü artırır, immuniteti artırır, xalq təbabətində şəkərə faydaları olması haqqında fikirlər vardır, tərkibindəki zəngin sink prostat hiperplaziyasında faydalıdır. Dombalan haqqında Peyqəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) tərəfindən hədis gəlmişdir. Səid İbni Zeyd (Allah ondan razı olsun) bu hədisi belə söyləmişdir. Göbələk qüdrət halvası cinsindəndir, suyu gözə şəfadır. (burda nəzərdə tutulan göbələk dombalan göbələyi olaraq keçməsi çox alimlər tərəfindən dəstəklənmişdir). 

Deməli, dombalan baş tərəfdən içəriyə doğru kəsilir, içi oyulur, sonra bişirilir, bişdikcə əmələ gələn suyu dombalanın üstündə açılmış oyuğa yığılacqdır  suyu steril şpirislə alınır, təmiz qaba tökülür (soyuducunun buzxanasında uzun müddət saxlaya bilərsiniz  (daha ətraflı bu videoya baxa bilərsiniz ), sonra yarıbayarı su ilə durulaşdırılır. Bu sudan gündə 3 dəfə, hər dəfə 2-3 damcı gözlərə tökülür, dombalan suyu gözləri işıqlandırır və maraqlıdır ki, dombalan suyunda heç bir mikrob və ziyanverici tapılmamışdır. Konyuktvitin müalicəsində çox effektiv təsir göstərir. Bəzən hədisin hansı göbələk üçün gəldiyi haqqında fikir ayrılıqları olur, artıq tam sübut olunmuşdur ki, hədis dombalan göbələyi haqqında gəlmişdir.  Dombalan göbələyinin tərkibində bol zülal olmasına baxmayaraq, yeyildikdə qanda xolesterini yüksəltmir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.