Evdə hazırlanmış QATIQ, yoxsa sənaye qatığı yeməli?

ev qatığı

Qatıq biz insanlara lazımlı, faydalı bir qida vasitəsidir, qatıq həqiqətəndə çox faydalı bir nemətdir, qatığın tərkibi başdan başa probiotik və bağırsaqdakı probiotik istehsalını artıran maddələrlə zəngindir. Qatıq yeyən insanlar sağlam yaşayar, çünki bağırsaqları normal çlışar, əgər bir insanın mədə bağırsağında problem olmarsa o insanda vitamin və mineral problemi olmaz, unutmayaq bədənə lazım olan vitaminlərin çoxusu bağırsaqlarda əmələ gəlir və bədənə sorulur. Əgər bağırsaq sorulmasında problem varsa biz nə qədər vitaminli və bol minerallı qidalar qəbul etsəkdə faydası yoxdur. Qatıq həmdə zəngin kalsium mənbəyidir, qatıq insanı cavan saxlayır, qan təzyiqini qalxmaqdan qoruyur, xolesterini aşağı salır, qatıq çox ləzzətlidir, bu ləzzəti dadmaq üçün təbii qidalanmış heyvan südündən özünüz evdə qatıq hazırlamalısınız, əsl qatıq budur, südü süd, qaymağı qaymaq, faydasını saymaqla bitməyən təbii qatıq.

Bu gün sənaye üsulu ilə hazırlanmış qatıqlar bütün marketlərdə satılır demək olar hamısı eyni dad verir çünki hamısı eyni üsulla hazırlanır, aylarla soyuducuda qalmasına baxmayaraq xarab olmurlar çünki saxlanma müddətini uzatmaq üçün tərkibinə kimyəvi qoruyucular vurulur, belə qatıqdan maya kimi istifadə etmək olmur çünki təkibində çanlı bakteriyalar çox az miqdardadır tamamilə sübut olmuşdur ki, sənaye üsulu ilə hazırlanan süddən hazırlanmış qatığın tərkibindəki kalsiumun çox cüzi bir hissəsi bədən tərəfindən sorulur amma təbii qatıqda belə bir problem yoxdur. Əziz analar, çalışın özünüz evdə təbii kənd südündən qatıq hazırlayın həm özünüz istifadə edin, həm də uşaqlarınıza yedizdirin, marketdən alınma qatığı çalışın az istifadə edin. İstifadə edilən Qatıq, həcminə görə kənd qatığı daha ağırlıqlı olmalıdır. Yaxşı olardı ki, süd istifadəsində də kənd südü daha çox istifadə olunsun.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.