Fitoterapiya – Fizuli Hüseynov

Fitoterapiya

Salamaleykum, dəyərli oxucu. Fitoterapiya, bitkilər aləmi bu gün və insan oğlu yaranandan var olub və olacaqdır. Kökü qədim zamanlardan gəldiyi üçün bəzi insanlarımız fitoterapiyanı bir gerilik və inkişafsızlıq kimi qiymətləndirirlər. Bu dəyərlərinə sadiq qalaraq müasir, kimyəvi üsullarla əldə edilmiş preparatlara daha çox üstünlük verirlər. Məncə uzağa getməyək, tam inkişaf etmiş dövlətləri və bu dövlətlərdə yaşayan insanların maraqlarını götürək.

Qidalanma mədəniyyəti (bitki məhsulları)

Bu gün dünya daş dövr qidalanmasını tərcih edir, yəni, hər bir yeyəcəyin tam təbii halında olmasını. İnsan əli kimyəvi kübrələr, geni dəyişmiş ərzaqlardan maksimum dərəcədə qaçmaq istəyirlər, çünki yemək istədikləri qidaların tam təmiz halında təbii günəş işıqları halında olması, onların sağlamlığı deməkdir. İnkişaf etmiş dövlətlər bu gün bazardan bizim kimi hamısı bir-birinə bənzəyən, görünüşü gözəl olan meyvə və tərəvəzləri alıb yemirlər, onlar təbii halında biri böyük, biri balaca, biri əyri, biri düz olan meyvələri baha qiymətə ekotəmiz adı altında alıb yeyirlər. Deməli, sağlamlığın qarantisi təbii qidalar imiş.

Qidalanma mədəniyyəti (heyvani məhsullar)

Yenə də özümüzdən arxaya yox, irəliyə baxaq. Bütün dünyada heyvançılıq, quşçuluq, süd, pendir zavodları və sairələr minlərcədir, amma müasir insan nəyi axtarır? Kənd südü, qatığı, kənd toyuğu, kənd toyuğunun yumurtası, çöl şəraitində bəslənilmiş heyvan əti və sair. Həm də onu qeyd etsək ki, belə məhsullar Avropada sənaye məhsullarından 3-4 dəfə bahadır,  insanlar bunları axtarır, çünki həm ləzzətli qida yemək istəyirlər, həm də ən əsası sağlam yaşamaq istəyirlər.

Müalicə mədəniyyəti

Azərbaycan vətəndaşı bəlkə də yuxarıda yazdığım iki fikirlə razılaşsa da, müalicə fikri ilə çoxları razılaşmayacaq. Özlərini Avropanın kimyəvi  dərmanları ilə müalicə etmək, daha sağlam olmaq fikri ilə yaşamaq hələ də başımızdadır, yenə də bizdən yox, elə Avropanın özündən alıcıların maraqlarına baxaq. Onlar bizim kimi bir nəfəsə 8-10 həbi udmazlar, onlar kimyəvi dərmanlardan, antibiotiklərdən, ağrıkəsicilərdən, sintez üsulu ilə alınmış vitamin və minerallardan çox uzaqdırlar. Onlar müalicədə də təbii müalicələrə və təbii şəkildə alınmış ekstraktlara üstünlük verirlər. Bu gün dərman fabrik və zavodları nə qədər fitoterapiyanı qaralasalar da, dünya ayılıb və sürətlə təbii müalicələrə keçir. Onu da nəzərinizə çatdırım ki, artıq 20 ildir, bitki və bitki tərkibli preparatların istehsalı ilə məşğul olduğum üçün deyə bilərəm ki, Azərbaycanda 20 il bundan əvvəlki ilə müqayisədə min dəfələrlə təbii müalicələrə maraq artıb və artmaqdadır.

Fitoterapiyanın üstünlükləri

Kimyəvi dərmanlar insan bədənində hansı molekuluna qədər parçalanır və durur (yəni parçalanma getmir) parçalanma getmirsə, onda toxumalara çökmələr (buna kumulyasiya deyirlər) başlayır, yavaş-yavaş çökmüş toxumalar sıradan çıxmağa başlayır. Buna əsasən böyrəklər, qaraciyər, dalaq və bağırsaqlar daha çox məruz qalır, diqqətlə baxanda görürük ki, bu orqanların hamısı bədəndə bir filtr yəni, təmizləmə funksiyası işini görürlər. Deməli, bizim bədənimizin filtrləri sıradan çıxmağa başlayır. Daha sonra müalicə etdiyimiz bir orqanın işi yaxşılaşır, başqa orqanlar zədələnir. Məsələn, ürəyində problem olan birisi daima Aspirin kardio içmək məcburiyyətindədir, deməli, bir müddət sonra bu adamın əvvəlcə mədəsi, sonra qida borusu, sonra 12 barmaq bağırsağı, sonra yoğun bağırsaqları yavaş-yavaş sıradan çıxacaq. Belə misallar yüzlərlədir, ən azından atdığınız həblərin əks təsirlərinə baxın, hələ bu təsirlərin hamısı yazılsa. Amma fitoterapiyada belə hallar yoxdur, qəbul edilmiş təbii məhsullar düzgün mütəxəssis tərəfindən təyinat olunubsa, bütün bədənimizə faydalı olacaq. Fitoterapiyada bədən müqavimətinin artırılması üstündə iş sistemi qurulur, xəstəlik yox, xəstə müalicə olunur, qəbul edilmiş məhsul bütün hüceyrəsinə qədər parçalanır və bədənə enerji verir, heç bir kumulyasiya (çökmə) baş vermir, Allahın yaratdığı bütün yeyəcəklər şəfalıdır, bəzən hansısa bir bitki haqqında, ziyanları, fəsadları haqqında fikirlər görürük. Əgər tərkibində zəhərli birləşmələr yoxdursa və lazımi mütəxəssis tərəfindən təyin edilibsə, heç bir əks-təsir və hansısa orqanı sıradan çıxarmaq kimi fikirlər tam yanlışdır. Əgər bir bitkidən həddindən çox aşırı dərəcədə istifadə edilərsə, onda ziyan ola bilər.

Daha sonra guya kimyəvi dərmanlar bitkilərdən daha tez təsir göstərir və xəstəni daha tez vəziyyətdən çıxarır kimi fikirlər də var. Bu da yanlış fikirdir, əgər bitki təyinatı yazan bir mütəxəssisdirsə, onda bitkilərin təsiri də tez ortaya çıxacaqdır. Bitkilər dərmanlardan fərqli olaraq,  xəstəni özündən asılı vəziyyətdə saxlamır, ümumiyyətlə, xəstəni dərmandan asılı saxlamaq böyük dərman fabrik və zavodlarının gündəmdə saxladıqları məsələdir. Məqsəd budur: xəstəlik tam sağalmasın və xəstə ölməsin, pul xərcləyib dərman alsın və böyük kompaniyalar pul qazansın.  Onu da nəzərə çatdırım ki, bitki təyinatı yazan insanlar çox hallarda ya savadsız olublar, ya da adam aldadanlar. Məsələn, kəndlərdə yaşayan nənələr, babalar və kimisə pul naminə aldadan insanların ucbatından da bitkilərə inam azalmış, amma indi həkimlərimiz daha çox bitki müalicələrinə maraq göstərirlər ki, bu,  sağlam bir gələcəyin sağlam əllərdə olması deməkdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.