Həm faydalı, həm dadlı çay – Kəklikotulu yaşıl çay

kəklik otu yaşıl çay

Bizlər qara çaydan başqa heç bir çayı ya içmirik və ya bəyənmirik. Amma formalaşmış bu mühavizəkarlığı qırmaq lazımdır. Allahın görün nə qədər nemətləri var, bunlardan istifadə etmək lazımdır.

Arada çökə çayı için, dazıotu cökə qarışımlı çay həm dadlı, həm də olduqca faydalıdır. Çobanyastığı, qaraqınıq qarışımlı çay çox dadlı və saymaqla bitməyən faydaları vardır.

Xatırladım ki, bizim bu paylaşımdakı çayımız yaşıl çay ilə kəklikotu qarışımından ibarət çaydır. Deməli belə edirsiniz 3-4 stəkan su tutan çaynikə 1 dolu xörək qaşığı yaşıl çay, 1 çay qaşığı kəklikotu qarışdırıb 15 dəq dəmləyin, çox ləzzətli bir çay görəcəksiniz. Əsəb sakitləşdirici, rahatlaşdırıcı, xoş ətirli bir çaydır bədəndəki şlakları təmizləmək üçün də faydalıdır, çay zəif sidikqovucu olduğundan arıqlamaq istəyənlər üçündə faydalıdır.

Mənim demək olar hər axşam yatmazdan əvvəl bir çayım var yaşıl çay ilə limonnik (daha bir adı sorqo) qarışımlı çay. Bu çayı içib dadına valeh olmayan ikinci bir insan görmədim, olduqca ləzzətli və xoş ətirlidir, içdikdən sonra dərin bir yuxu əmələ gətirir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.