Homosistein – infarktın bir addımlığında

homosistein infarkt

Qidalanma rejiminin pozulması, qidalanmada ət yeməklərinin çoxluğu, az hərəkətlilik, göyərtilərdən və tərəvəzlərdən az istifadə edilməsi hemosisteinin yüksəlməsinə səbəb olur. Hemiosistein miqdarının normadan yüksək olması qan dövranın pozulmasına səbəb olmaqdadır.

Homosistein nədir?

Hemosistein miqdarının yüksəlməsi orqanizmdə belə baş verir, deməli mütəmadi surətdə yağlı və ətli qidalarla qidalandıqda bu qidalarla yanaşı əsasən b qrup və c vitaminləri az qəbul edildikdə zaman zaman bədəndə yağ və zülal hissəciklərinin miqdarı yüksəlir. Yüksəlmiş yağlar əvvəlcə kapilyar pozğunluqlarına daha sonra isə damar pozğunluqlarına səbəb olur. Bu prosesdə çox maraqlı bir nəticədə əmələ gəlir, deməli əvvəlcə kapilyar qan dövranın daha sonra isə magistaral damarların mənfəzi daraldığından toxumalarda qidalanma ilə bağlı pozğunluqlar əmələ gəlir dmarlarda yağ, karbohidrat və zülallar artsada toxumalarda aclıq prosesi başlayır, toxumaların aclığı beyinə çatır beyin insanı daha çox yeməyə sövq edən siqnallar göndərir, insan oğlu durmadan qidalanır bu qidalanma nəticəsində qanda hemosisteinin miqdarı yüksəlməyə davam edir, damar daxili darlmalar dahada çoxaldığndan damar daxilində əlavə yağ və tromb hissəcikləri toplaşmağa başlayır belə vaxtlarda insan bunu belə hiss etməyə başlayır.

Deməli əvvəlcə təzyiq yüksəlməyə naşlayır, həddindən çox ərincək olur, az hərəkət edən kimi təngənəfəslik başlayır, əvvəlki gümrahlıq və dinclik halı olmur, özündə diskomfort hallar hiss etməy başlayır, tez tez köpmələr və qəbizlik halları çoxalmağa başlayır, daha çox ayaqlarda və əllərdə qaşınmalar başlayır, tez tez ürəkdöyünmələr və ürək ritminin pozulması halları başlayır. Saydığım bu hallar zaman zaman keçdikcə insan özünü infakta hazırlayır. Ürəyi qidalandıran damarların tutulması və bu damar daxilində daralmalar infakta zəmin hazırlayır. İnfakt keçirən insanın isə yaşaması həmin zaman yalnız Allahın əlndədir desək daha doğru olar, çünki infaktın baş vermə dərinliyindən asılı olaraq insan həyatda yaşayada bilər yaşamayda. Heç olmasa ildə 1 dəfə qanda hemosistein, xolesterin, triqliseridlər kimi analizlər verilməlidir ki, insan özünün hansı vəziyyətdə olduğundan xəbərdar olsun. əgər yuxarıda saydığım hallardan biri vardırsa onda bu analizləri verməli və aşağıda saydığım müalicə vasitələrinə baş vurmalıdırlar. Hemosistein və xolesterin yüksəkliyi zaman heç vaxtı bunları aşağı salan kimyəvi həblərdən istifadə etməyin. Mən öz xəstələrimdə bunun şahidi olmuşamki illərlə dərman qəbul edən insanlar bir həftə dərman qəbulunu saxlayan kimi xolesterin və hemosistein əvvəlki nisbətlərdən də yuxarı qalxmağa başlayır. Gündəlik qarazirə yağı qəbul edin qarazirə yağı dünya alimlərinin araşdırmalarına görə qarazirə davaml surətdə və dayanıqlı olaraq hemosisteini aşağı salır yağ qəbulunu dayandırdıqdan sonrada uzun müddət hemosistein midarının qalxması kimi hallar müşahidə olunmur.

Homosistein müalicəsi:

  • 1. Hər gün 1-2 saat yeyin yeyin gəzmək lazımdır. 
  • 2. Həbəş qarazirə yağı gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1çay qaşığı içilməlidir ən azı 3 ay. 
  • 3. Alma sirkəsi 2 orta xörək qaşığı 3 stəkan suya qarışdırılır gündə 3 dəfə yeməkdən 50 dəq əvvəl 1 stəkan içilməlidir. 3 ay. 
  • 4. Ud hindi tozu 400 qram Zəyərək tozu 400 qram    bir birinə toz formasında qarışdırıb gündə 3 dəfə yeməkmdən 40 dəq əvvəl 1 dolu çay qaşığı ağıza  atıb üstdən 1 stəkan su içmək lazımdır. 
  • 5. Alaqanqal toxumu 1 kq alıb   2 orta xörək qaşığı alaqanqalı 3 stəkan suda ən azı 30 dəq dəmlədikdən sonra gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan içmək lazımdır. Alaqanqalı başqa cürə belədə edə bilərsiniz deməli alaqanqalı üyüdüb gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 dolu çay qaşığı yarım stəkan qatığa vəya kefirə qarıdırıb yeyə bilərsiniz. 
  • 6. Hər ayda 5-6 ədəd bədənin müxtəlif yerlərindən hicama etdirin hicama olduq qədər faydalıdır. əgər hicamanın faydasına inanmırsınızsa onda bunu edin onda inanacaqsınız. Əvvəlcə hemosistein, xolesterin və triqliseridlərin midarını qanın ümumi analizini verərək yoxlatdırın sonra hicama etdirəndə bankaya yığılan qnın qatılaşmaması zamanı həmin qandan götüzdürüb analizə verin (bunu bizim klinikada da etdirə bilərsiniz) daha sonra nəticələrə baxın. Həcəmətlə çıxan qan analizindəki nisbətlər normal dəyərlərdən ən azı 10 dəfə artıq olacaqdır. 
  • 7. Yediyiniz yeməklərdən əvvəl tərəvəz salatları yeməyə vərdiş edin məslən kök, kələm, çuğundur sürtkəçdən keçirib üstünə alma  sirkəsi və zeytun yağı tökərək yeyin. 
  • 8. Menyudan ağ çörəyi, ağ duzu, ağ düyünü şəkəri, şirniyyatları tamamilə çıxarın. 
  • 9. Yeməklərinizi bol bol göyərtilərlə yeməyə vərdiş edin, soğan sarımsaq, limondan bol bol istifadə edin. 
  • 10. Çalığın gündə qışda 1 litr yayda ən azı 2 litr çiy su qəbul edəsiniz, şirinləşdirilmiş və qazlı içgilərdən uzaq olun, bəzən şəkərsiz qazlaşdırılmış sular satılrırki guya sıfır faiz enerji verir,  bu kimi reklamlara aldanmayın belə içgilərin tərkibindəki şəkərəvəzedicilər adi şəkərdən dəfələrlə ziyanlıdır.  
  • 11. İşlənmiş ətlərdən (kolbasa və sosikalar) tamamilə imtina edin. İndiki dövrdə bu kimi qidalar olduq qədər ziyanlıdır çünki tərkibinə vaxtını uzatmaq üçün stabilizatorlar vurulur bunlar həzm olunmur,  bədənin müxtəlif nahiyyələrində depolanaq qalırlar. ən sonda yeməyə başladıqdan və doyduqdan sonra acmayana qədər yeməyin.

Bir dəfə yeyilmiş yemək tam həzm olunmalıdır ki, aclıq başlasın və ondan sonra yeyəsiniz. Durmadan qidalanmaq bağırsaqlarda qidaların çürüməsinə səbəb olur. Buda insanın tez qocalmasına bağırsaq mikroflorasının pozulmasına səbəb olur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.