İslam təbibi – Əli ibn Abbas

Əli ibn Abbas 10-cu əsrin əvvəllərində İranın Əhvaz şəhərində doğulmuş dəyərli islam təbiblərindən biridir. İslam təbabətinin inkişafında xüsusi rolu olan “Əl-Maliki” əsərini yazmışdır. Bu əsərin birinci hissəsində tibbin nəzəriyyəsi, ikinci hissəsində isə təbabətin əsaslarından bəhs edilir.

Kitabda insan anatomiyası və cərrahi işləmələrlə bağlı 110 başlıq altında birləşdirilən məqalələr yer almışdır. “Əl-Maliki” əsəri Avropa dövlətlərində 16-cı əsrə qədər tibbi dərs vəsaiti kimi istifadə olunmuşdur. 1903-cü ildə isə fransız dilində yenidən nəşr olunmuşdur.

Alimin söylədikləri:

– Həkim, işinin tam məsuliyyətini anlayandan sonra həkim işləməlidir;

– İnsan qəlb və bədən təmizliyinə diqqət etməli, həyatını daima Allah rizası üçün yaşamalıdır;

– Həkim xəstələrin şəxsi həyat və xəstəliklərini heç kimə söyləməməlidir.

Əli ibn Abbas ilk dəfə mədə, bağırsaq, uşaqlıq şişlərini bəd və ya xoşxassəli növlərə ayıraraq təsnifatını vermiş və bu şişlərin cərrahi əməliyyatla kəsilib götürülməsini həyata keçirmişdir. Əməliyyat zamanı təbibin yardımçıları anesteziya üçün xaş-xaş, tiryək kimi vasitələrdən keyidici kimi istifadə etmişlər.

Həkim əməliyyat zamanı belə demişdir: “Yara sağlam toxumalardan ayrılmalı, kəsilib götürülməlidir. Bu zaman xəstənin qan itirməməsi üçün damarların ağzı yandırılmalıdır”. Əməliyyat zamanı ilk dəfə olaraq

kapilyar, venoz və arterial damarların təsnifatını vermiş, arterial damarların ilgəklə bağlanmasını tətbiq etmişdir.

İlk dəfə olaraq göz və badamcıq əməliyyatlarını həyata keçirmişdir. Onun göz əməliyyatları zamanı tətbiq etdiyi metod 18-ci əsrə qədər Avropada istifadə olunmuşdur. Hippokratın “Doğuş zamanı uşaq özü öz hərəkətləriylə gəlir” fikrinin yanlış olduğunu söyləmiş və uşaqlıq əzələsinin gərilməsi, yığılıb-açılması haqda məlumat yazmışdır.

Əli ibn Abbas “Sina” əsərində sağlam qidalanmadan bəhs etmiş və qidalanaraq xəstəliklərdən qurtulmağın yollarını göstərmişdir. Həmin əsərdə ac qalmanın faydaları haqqında geniş məlumat verilmişdir.

Təbib magistral və kapilyar damarlar haqqında geniş bilgi vermişdir. Həmin dövrdə yunan tibbinin müəyyən qədər inkişaf etməsinə baxmayaraq yunan alimlərinin bu barədə açıqlamaları olmamışdır. Bu barədə professor Fillip belə demişdir: “Bu təsnifat alimdən sonra gələnlər üçün bir yol olmuşdur”.

Bütün bunlar dünən yox, düz 11 əsr bundan əvvəl, biz müqəddəs kitabımız Qurana və dinimiz İslama sahib olduğumuz vaxt baş verib.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.