Lyambliya haqqında – Lyambliyozun bitkilərlə müalicəsi

Lyambliya

Bəzən ona lyambliya qurdu da deyirlər, əslində lyambliya gözlə görünməyən kiçik bir hüceyrəlidir. Əsasən nazik bağırsaqda və bəzən öd yollarında parazitlik edir. Açıq su hövzələrinə və ya çaylara xəstələrin nəcisləri töküləndə həmin suyun içilməsi, onunla suvarılan tərəvəzlərin yeyilməsi lyamblioza tutulmaya səbəb olur.

Xəstəlik nəticəsində nazik bağırsaq və qaraciyər zədələnir, ürəkbulanma, iştahasızlıq, qarının üst nahiyəsində ağrı, bəzən ishal və arıqlama halları olur.

Uşaqlarda həmin əlamətlər yarananda nəcis müayinəyə verilməli, lyambliya aşkar olunmadıqda 1 ay sonra təkrar müayinə olunmalıdır.

Müalicə zamanı şirin qidalar azaldılmalıdır, çünki lyambliyalar, əsasən karbohidratlarla qidalanır. Sarımsaq nəinki lyambliozu, həmçinin digər qurdları da, xüsusən də bağırsaqlarda parazitlik edən növləri məhv edir. Sarımsaqlı qatıqdan və yaxud Sarımsaq kapsullarından da istifadə etmək olar. Gün ərzində 2-3 diş sarımsaq yeyilməlidir və ya 2-3 diş sarımsaq sarımsaqəzəndən keçirilir, 1 kasa qatığa qarışdırılır yeməkdən yarım saat əvvəl yeyilir. Gündə 1 dəfə 10 gün yeməkdən sora 10 gün fasilə verib, yenə 10 gün davam etmək olar. Gündə 3 dəfə yeməkdən əvvəl böyüklər 2, uşaqlar 1 sarımsaq kapsulu içə bilərlər.

3 stəkan su tutan termosa 2 buğum zəncəfil, 15 ədəd hil, 2 ədəd mixək qarışdırılır, 1 həftə ərzində gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir. Əgər çay çox acı olsa 1 stəkan çay ilıq halda olanda 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz.

Yeməkdən əvvəl 1 filtr-bağlama Teazol çayı 100 qram suda dəmlənərək uşaqlara verilməlidir. Prosedur 10 gün aparılır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.