Mədə-bağırsaq xəstəliklərində dərman bitkiləri

mədə-bağırsaq

Mədə-bağısaq xəstəliklərində dərman bitkilərindən düzgün istifadə edildikdə çox yaxşı nəticələr almaq olur. Dərman bitkilərilə mədə mühitini tam normasında saxlaya bilərsiniz, pozulmuş bağısaq mikroflorasını bərpa edə bilərsiniz, mədənin motor sekretar funksiyasını normallaşdıra bilərsiniz və sair. Biz ayrı-ayrılıqda dərman bitkilərinin tək-tək adlarını yazıb yalnız mədə-bağısağa təsirlərini qeýd edib nəzərinizə çatdıracağıq.

Zəyərək: Bu bitkiyə kətan toxumu da deyilir, mədə üçün effektli bir təsiri vardır 2 orta xörək qaşığı zəyərək, 3 stəkan suda 5 dəq qaynadılır, 20 dəq dəmlənilir, ilıq olanda süzülür, termosa tökülür, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Zəyərək dəmləməsi qatı kisel kimi olur, mədə və qida borusu divarını içəridən sanki suvaq kimi suvayır, bakteriosid bir təsiri vardır istifadənin 10-cu günündən başlayaraq mədə ağrılarında azalmanı hiss edəcəksiniz. Qəbizlik və babasil əleyhinə müalicəvi təsiri vardır, istifadə müddəti 1 aydır.

Çaytikanı yağı:

Mədə-bağısaq qida borusunun selikli qişasında qalınlaşma, erroziyalar, səpmələr və güclü ağrılar varsa mükəmməl bir təsiri vardır. Çaytikanı yağının təmizliyinə əmin olun və ondan sonra istifadə edin, çaytikanı yağını içəndə 1 çay qaşığından artıq içmək olmaz, təmiz çaytikanı yağı ürəkbulanma verməlidir. Tərkibi çox zəngindir, əsasən karotinlər daha çox üstünlük təşkil edirlər çoxgüclü bir yarasağaldıcı iltihab əleyhinə təsiri vardır, mədə bağısaq xəstəliklərində dərman bitkilərilə birlikdə istifadə olunmalıdır, məsələn gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı çaytikanı yağı içilir, 10 dəqiqə sonra çobanyastığı çayı içə bilərsiniz.

Günəbaxan kökləri: Demək olar ki, hamımızın əlçatan olmasına baxmayaraq istifadədən kənarda qalıb mədə turşuluğunu azaltmaq üçün mükəmməl bir təsiri vardır, 1 stəkan içən kimi təsiri hiss ediləbiləcək bir gücə malikdir. Payızda günəbaxanlar yığılan zaman köklər yığılır, yuyulur, qurudulur və il ərzində istifadə edə bilərsiniz. Bədəndən duzları təmizləmək üçün mükəmməl bir vasitədir. 2 orta xörək qaşığı 3 stəkan suda 5 dəq qaynadılır, süzülür və suyu gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Zeytun yağı:

Soyuq sıxım, yəni rafinə olmamış zeytun yağı mədə-bağırsaq üçün əla bir təsiri vardır. Zeytun yağı həm də ödqovucudur, bəzi insanlar səhərlər ağız acılığından mədədə öd yığılıb qalmasından şikayətlənirsə zeytun yağından istifadə etsinlər, zeytun yağı öd axımını rahatlaşdırır, mədəaltı vəzinin iltihablanmasını aradan qaldırır, mədə divarını sağlamlaşdırır.
Zeytun yağı gündə 3 dəfə yeməkdən 30 dəq – 1 saat arası olmaqla 1 orta xörək qaşığı içilməlidir. Müalicə müddəti 1 aydır.

Çobanyastığı: Mədənin dostu, mənim ən çox sevdiyim bitkilərdən biri olduğu qədər faydalı bir bitkidir, nəinki xəstəlik zamanı yaxşı olar gündə 2-3 dəfə çobanyastığı çayı içəsiniz, adamı rahlaşdırıcı, əsəb əleyhinə bir təsiri vardır nəzərə alsaq ki, əsəb həm də mədə-bağısaq xəstəliklərinə ziyandır, onda çobanyastığı həm əsəsb əleyhinə, həm də iltihab əleyhinə təsiredici olduğundan içilməsi məsləhətdir. Çobanyastığı çayı insanda xoşbəxlik hormonlarının istehsalını artırır, çayın içilməsi ağrıkəsici təsir göstərir. Çobanyastığı gündə 3 dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı 1 stəkan suda dəmləyib ilıq vəziyyətdə içməlisiniz, axşamlar yatmazdan əvvəl 1 çay qaşığı çobanyastığı dəmləməsini 1 stəkan süddə dəmləyib içə bilərsiniz. Həm yuxunu dərinləşdirir, həm də mədə qıcqırmasını aradan qaldırır, çobanyastığı çayını 2 ay fasiləsiz içə bilərsiniz.

Biyan kökləri:

Azərbaycan jenşeni olan biyan, mən deyərdim ki elə jenşendən də faydalıdır. Tərkibində hormonal maddələrə bənzər təsiri olan saponinlər vardır, hansıki hormonal maddələrin verdiyi ziyanlı təsiri yoxdur. Əgər sizdə qıcqırma, gəyirmə, iştahsızlıq, halsızlıq, mədədə göynəmə varsa biyan çayı mükəmməldir, sadəcə dadı biraz xoşagəlməz olduğundan başqa bitki ilə qarışdırıb dəmləsəniz əla olar, məsələn 3 çay qaşığı biyan kökünü 3 stəkan suda 5 dəq qaynadın, sonra dəmləməyə qoyun, 20 dəq dəmləməyə qoyanda 3 çay qaşığı çobanyastığı qarışdırıb dəmləyin, sonra süzün gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için, müalicə müddəti 1 aydır artıq içmək olmaz.

Buğda nişastası: Azərbaycanımızın gözəl ənənələri və tarixlərin sınağından çıxmış müalicəvi üsulları vardır, bunlardan biri də evdə buğda nişastasının hazırlanması və bu nişastanın həm də mədə bağısaq xəstliklərində istifadəsidir, deməli 1 çay qaşığı nişasta, 1 stəkan soyuq suya qarışdırılır, yavaş-yavaş isidilməyə qoyulur, isidildikcə qarışdırılır, təxminən su əl dişləyən vəziyyətdə olanda qatılaşacaq onda oddan götürülür, ilıq olanda içilir, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, tərkibindəki nişasta mədə divarına bürüyücü və adsorbsiaedici bir təsir göstərir, müalicə müddəti 1 aydır.

Kartof şirəsi: Kartof şirəsi illərdir mədə qıcqırmalarında istifadə olunur, amma dadı xoşagəlməz olduğundan insanlar bir-iki gün istifadə edib, sonra istifadə etmirlər, deyərdim ki, əla bir təsiri vardır, mədənin qida borusunun iç divarı ilə qəbul olunan qidaların arasında bir pərdə əmələ gətirdiyindən qastritlərin tez sağalmasına səbəb olur. Kartof şirəsini rahat qəbul etmək üçün bir vasitə deyim, deməli gündə 3 dəfə yeməkdən 1 saat əvvəl yarım stəkan kartof şirəsinin üstünə yarım stəkan kök şirəsi qarışdırıb için, müalicə müddəti 20 gün olmalıdır. Xatırladım ki kartof şirəsi həm də bədəndəki miomaları əridir.

Vərəmum yəni propolis cövhəri:

Vərəmum cövhəri, hələ mən balaca uşaq idim, bizim kənddə hazırlanılıb istifadə edilirdi. Propolis təbii antibiotikdir, əgər sizdə həm qastrit, həm də helikobakteripilori deyilən bakteriyalar normadan artıq çıxmışsa onda sizin üçün ən yaxşısı propolis cövhəridir. 20 faizli propolis cövhərinə barmaq batırın, sonra barmağınızı sabunla yumağa çalışın, əziyyət çəkəcəksiniz, amma çox gec təmizlənəcək, baxın propolis bizim mədə qida borusu 12 barmaq bağırsağımızıda yediyimiz qidaların ziyanlarından elə qoruyur. Çoxgüclü yarasağaldıcıdır, birhüceyrəli mikroorqanizmlərin təmizlənilməsi üçün əla vasitədir. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı 20 faizli vərəmum cövhərini yarım stəkan suya qarışdırıb için, içən kimi hər böyrü üstə və üzüqoylu bir iki dəq uzanın ki mədə bağısaq divarını içəridən tamam suvasın, xatırladım ki propolis cövhəri təzyiqi salır, əgər təzyiqiniz aşağıdırsa bir çay qaşığı bal qarşdırıb içə bilərsiniz.

Qarazirə yağı:

Qarazirə yağı mənim həmişə istifadə etdiyim yağdır. Düzdür qarazirə yağı həddindən artıq mədə qıcqırması və mədə həssaslığı olarsa içiləndə mədə divarını qaşıya biləcək təsir göstərir. Mən müalicələrimdə xəstələrin mədəsini qarazirə yağına hazırlayıb, sonra təyinat yazıram, əgər əmin oldumsa ki artıq qarazirə yağı içilir, onda bilirəm ki nəticə mütləq yaxşı olacaq, qarazirə yağı həm mədə divarını möhkəmləndirir, həm çox əla bir yarasağaldıcıdır. Helikobakteripilori bakteriyaları çoxalıbsa da qarazirə yağı bakteriyaları öldürəcək, qarazirə yağı həm də çox güclü immunostimulyatordur. Əgər mədə yanması qıcqırmalar varsa, qarazirə yağını əvvəlcə 15 gün yeməkdən 2 saat sonra için, əgər belə içəndə də yandırma olursa onda 15 gün çobanyastığı gülümbahar qarışımlı çay için, gündə 3 dəfə sonra qarazirə yağına başlayın, qarazirə yağını həmin çayla paraleldə içə bilərsiniz, yağı 2 ay içə bilərsiniz təsiri sınanılmışdır. Qarazirə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilməlidir, yağ həm də əsəbsakitləşdiricidir.

Gülümbahar: Gülümbahar çiçəkləri həm qida borusu, həm mədə, həm də 12 barmaq bağırsaq səpgilərində, yaralarda, xoralarda içilməsi çox əla təsir göstərir, yaxşı bir yarasağaldıcıdır. Mən bu bitkini qastritlərdə belə təyinat yazıram, deməli, 3 stəkan suya 1 xörək qaşığı çobanyastığı, 1 xörək qaşığı gülümbahar, 1 çay qaşığı biyan kökü qarışdırıb, dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməli, müalicə müddəti 1 aydır. Gülümbahar həm də görməni yaxşılaşdırır.

Güldəfnə (hilba):

Əgər mədənizdə qastrit və ya yara varsa və sizlər bundan uzun müddət əziyyət çəkirsinizsə, uzun sürən xəstəlikdən bədəniniz arıqlamış, iştahınız azalmış, təzyiqiniz düşmüşsə, sizin üçün ən yaxşısı güldəfnədir. Güldəfnə həm mədənizi sağaldacaq, həm iştahınızı açacaq və həm də mədə bağısağın hərəki funksiyasını yaxşılaşdıracaq, güldəfnə mədə bağısaqla bərabər qaraciyər, öd kisəsi, mədəaltı vəzi və dalaq zəifliyində , iltihablanmasında da effektli bir təsir göstərir. Əgər dalağınız böyümüşsə 100 qram güldəfnəni suda isladıb ət maşınından keçirib dalaq üstünə qoyub bağlayın, bunu gündə bir dəfə hər dəfədə üç dörd saat saxlayın. 2 xörək qaşığı güldəfnəni 3 stəkan suda 5 dəq qaynadın 20 dəq qaynadın ilıq olanda süzüb, termosa töküb, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Müalicə müddəti 1 aydır. Nəzərə alın ki güldəfnə iştahı artırır, çəkini çoxaldır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.