Müalicəvi yastıqlar – Aromaterapiya

Yəqin ki, hamı gül, çiçək , gözəl ətirli səfalı bir yer görəndə həmin yerdə daha çox qalmaq istər və orda biraz yatıb istirahət etmək istər. Bu da bir müalicə üsuludur,  yəni aromaterapiya. Aromaterapiya ilə əsəb yorğuluğunu, gərginliyi, yuxusuzluğu, panik atak tutmalarını, həyəcanlanmaları, başağrılarını və sairə xəstəlikləri müalicə etmək olur və ən əsası da odur ki, həyatdan ləzzət ala – ala müalicə olunursan. Əgər yazda və yayda güllü – çiçəkli yerdəsinizsə çiçəklərdən yığıb kölgədə qurudaraq balaca yastıqlar hazırlayın , hər axşam yatanda başınızın altına qoyaraq yatın, xatırladım ki, bitkiləri aptekdən də alıb yastıqlar hazırlaya bilərsiniz . Hansı bitkiləri almaq lazım olduğunu və hansı xəstəliklərdə istifadə olunduğunu aşağıdan oxuya bilərsiniz:

Mayasarmaşığı qozaları

Mayasarmaşığı əsəbsakitləşdirici və yuxudərinləşdirici bitki kimi apteklərdə satılır çox yumşaq bir yastığı olur başı tərpətdikcə özünəməxsus xışılıtı və ətir verərək müalicəvi təsirini göstərir. Yastığı həm əsəb gərginliyini aradan qaldırır həmdə yuxunu dərinləşdirir.

Qızılgül ləçəkləri

Qızılgül ləçəkləri ürəyi rahiyyələndirir, ürək qan damar sistemindən əziyyət çəkənlər üçün əla bir vasitədir, yastığı biraz yumşaq etmək üçün yarıbayarı çökə çiçəyi ilə qarışdırıb yastıq hazırlaya bilərsiniz hardasa hərəsindən 150 qram.

Qaraqınıq otu

Qaraqınıq otunun gözəl bir ətri vardır normalda qaraqınıq bitkisində təsiredici vasitələrdən biri, tərkibində olan efirli birləşmələrdir elə yastıqda da həmin efirli birləşmələrin təsirindən dərin yuxu əmələ gəlir. Kişilərin cinsi istəyini artırır.

Lavanda otu

Lavanda bitkisinin həm otunda həmdə çiçək və toxumlarında çox əla bir ətir vardır, lavanda özü əsəbsakitləşdiricidir, baş altına qoyulmuş yastıqlarıda əsəbsakitləşdirici hipotenziv bir təsir göstərir, lavanda çiçəklərini hardasa 100 qrama yaxın bir parçanın içinə töküb yataq otağından asmaq da olar. Lavanda çiçəklərini 15-20 qram balaca bəzəkli kisəciklərə doldurub kiçik uşaqların yastığının yanına qoyun uşaqlar üçündə yuxugətirici əsəsbsakitləşdirici bir təsiri vardır.

Nanə yarpaqları

Nanə yarpağının tərkibindəki mentollu birləşmələr gözəl bir aromaterapiyadır ota havasına dezinfeksiyaedici bir təsiri vardır yay aylarında nanə yastıqlarında yatmağın ayrı bir ləzzəti vardır nəfəs aldığımız havanı sanki sərinləşdirici effekti vardır.

Ətirşah yarpaqları

Ətirşah dibçək bitkisidir evdə çay dəmləyən zaman 1 ədəd ətirşah yarpağı dəmlədiyiniz çaya atsanız çayın ətri tamamən dəyişəcək mənim ən çox sevdiyim çaydır ətirşahlı çay. Ətirşah yarpaqlarını dərin kölgədə qurudun yastıq hazırlayın o qədər ətirlidir ki, otaqda bu yastığı saxlamaq belə otağın havasına təsr edir, Xatırladım ki ətişahın içindəki geraniol efiri astma xəstələrinə qıcıqlandırıcı təsir edə biləcəyindən ona diqqət etsinlər.

Ud hindi tüstüsü

Ud hindinin iyi çox adamların xoşuna gəlmir amma tüsüləndirəndə iyi ətirlənir çox güclü bir dezinfeksiyaedici, mikroböldürücüdür hələ qədim zamanlardan buxur kimi istifadə olunan bitkilərdən biri olub. Əgər evdə qrip olmuş xəstə varsa otağı ud hindi tüstüsü ilə tüstüləndirin heç kim qrip olmayacaq.

Limon və duz

Yatmazdan əvvəl 2 ədəd limonun hərəsini bir qaba qoyub 8 yerə dilimləyin üstünə 50 qrama yaxın duz tökün tam yatdığınız yatağın yanına qoyun heyrətamiz bir aromaterapiya görəcəksiniz limonun ətri bütün otağa yayılacaq çox əla bir yuxu yatacaqsınız hətta səhər yuxudan duranda ağır hava əvəzinə otaqda bir təravət hiss edəcəksiniz. Kristal Naxçıvan duzu yatdığınız otağa 3-4 kiloqramlıq Kristal Naxçıvan duzu qoyun bəzən kristalın içinə xüsusi lampalar qoyaraq bunu dahada ecazkar edirlər, Naxçıvan duzu otağa kompyuter, televizor və Wi-Fi cihazının yaydığı müsbət ionları neytrallaşdıran mənfi ionlar yayaraq beynimizin radiasiya almasının qismən qarşısını almış olurlar. Yatmazdan əvvəl Wi-Fi aparatını mütləq söndürün, yanınıza mobil telefon qoymayın əgər qoymaq məcburyyətində olsanız təyyarə rejiminə keçirib qoyun (budilnikə görə). Yataq otağına qətiyyən televizor qoymayın. Bəzən yatmazdan əvvəl otağa süni havatəmizləyici aerozollar vurulur bunu qətiyyən etməyin bunlar hamısı allergendir yatan zaman nəfəsalmanı çətinləşdirir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.