Mükəmməl insan nisbətləri – bunları bilirdinizmi?

mükəmməl insan

Dəyərli dostlar! Yerə baxmaqdan çox, çalışın göylərə baxasınız. Baxdıqca yaradan Allahın yaratdıqlarında bir qüsur tapa bilərsinizmi? Yox.

Göyləri dirəksiz tavan etdi, göylərdə bir çat görürsunüzmü? Yox.

Yaradanın yaratdıqları içində ən mükəmməli bilirsinizmi nədir? Məncə, bu, insandır. Bəli, insan qüsursuz bir varlıqdır.

Ağlasığmaz bir harmoniya

İnsan ölçülərində ağlasığmaz bir harmoniya vardır. İnsan yaradılışında bir standart rəqəm vardır, bu, 1.618-dir. Məsələn, əgər göbəkdən ayaq altına qədər 1 metrdirsə, həmin insanın boyu 1.618-dir. Əlimizin ölçüsündə də bu qayda gözlənilir, belə ki, barmaqdan biləyə qədər və biləkdən dirsəyə qədər ölçülərdəki nisbət 1.618-dir. Və yaxud barmaqlardakı orta falanqanın yerdə qalan iki falanqaya nisbəti 1.618-dir və ya göbəkdən dizə qədər məsafənin ayaq altından dizə qədər məsafəyə nisbəti yenə də 1.618-dir.

Bu rəqəmlər daha çoxdur, hamısını yazmıram. Bu nisbətlər, hətta bizim üz cizgilərimizdə, məsələn, üzün eninin uzununa nisbətində də saxlanır. Gözlərimizin eni nə qədərdirsə, göz arası da o qədərdir və s.

Tarixdə iz qoymuş məşhur memarlar həmişə bu nisbətləri nəzərə alıb abidələr tikmişlər. Həmin abidələr neçə əsrlərdir ki, dağılmadan öz möhtəşəmliyini qorumaqdadır.

Bu qədər, əziz oxucu! Bəzən düşünməyə dəyər. Bizi yaradan bizi öldürəcək və qiyamətdə əllərimizin barmaq izləri belə pozulmadan yenidən yaradacaq.

Burda da düşünənlər üçün bir hikmət var.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.