Sağlamlıq Xalq Təbabəti

Nənəmin reseptlərindən (Revmatizm)

Nənəmin reseptlərindən (Revmatizm)

Revmatizm xalq arasında yel xəstəliyi və ya  hav xəstəliyi kimi adlarla tanınır, nənəmin  maraqlı bir müalicə üsulu vardır. Yel xəstəliyi zamanı xəstəni 3 gün müddətində gündə 2 ədəd təzə kəsilmiş qoyun dərisinə bükürlər və gün ərzində ən azı 12 saat xəstə bu dərilərdə qalır, həddindən artıq qızışma və istilik əmələ gətirir, çox güclü bir tərlədici xüsusiyyəti vardır. 3 gündən sonra prosedur bitir, xəstə yuyunur və ağrıları keçir, eyni zamanda bunu revmatoidli artrit zamanı da istifadə etmək olar.

Revmatizm yəni yel xəstəliyi üçün daha bir maraqlı müalicə üsulu var idi, deməli hardasa 50 litrlik böyük bir qazana bağayarpağı, gicitkən, əvəlik, sarmaşıq, təxminən bunların qarışığından 1 vedrə və yarım vedrədə yanmış quş peyini bu suya qarışdırıb ocağın üstünə qoyardı, altdan yandırıb xəstəni bu suyun içində otuzdurardı, su tam qızdıqdan sonra odu zəiflədərdi, amma tam söndürməzdi əgər su çox qaynar olanda az az soyuq su tökərdi bu prosedur təxminən 2 saata qədər davam edərdi, sonra xəstə adi duş alıb qalın geyinib həmin gün axşama qədər tərləyərdi, bu proseduru edən hər bir adamlardan bir-bir soruşmuşam hamısı cəmi bir dəfə edəndən sonra bir daha etməmişlər, çünki ikinci vannaya ehtiyac qalmamışdır xəstə tam sağalmışdır.

Xatırladım ki, bu reseptlər mənə məxsus deyil, nənəmin istifadə etdiyi üsuldur.

Paylaş: