Ölümdən başqa hər dərdə çarə – Qara zirə

qara zirənin faydaları

Yorucu olmasın deyə bu heyrətamiz bitki haqqında yazımı 3 hissəyə ayırmaq istəyirəm. İlk növbədə qara zirənin ümumi bədənə, ikinci və üçüncü yazılarda isə tək-tək orqanlara təsiri və istifadə qaydaları haqqında məlumat verəcəm.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) qara zirə toxumlarını əlinə alır və bu toxumlar ölümdən başqa hər dərdə çarədir deyir. Bu sözlərin üstündən 1400 ildən çox keçməsinə baxmayaraq ildən-ilə qara zirə üzərində aparılan araşdırmalar bu sözlərin həqiqət olduğunu sübut edir, belə ki, qara zirə üzərində 650-dən çox elmi araşdırma aparılmış və onun faydalı təsirləri sübut olunmuşdur.

Qara zirənin bədənə təsiri

İnsan bədəninin qoruma sistemi arxa cəbhə olan helper hüceyrələrdən, bədənimizə daxil olmuş düşmənləri məhv edən killer hüceyrələrdən və killer hüceyrələri neytrallaşdıran supressor hüceyrələrdən təşkil olunmuşdur. Deməli, hansısa bir mikrob, virus və ya bakteriya bədənimizə daxil olduqda arxa cəbhə olan helperlər killer hüceyrələr istehsal edir və həmin killerlər bədənə daxil olmuş düşmənləri məhv etmək üçün hücuma keçirlər. Bu zaman bədəndə hərarət artmağa başlayır və orqanizm bu düşməni dəf edəndən sonra aktivləşmiş killer hüceyrələr bədənimizin öz toxumalarına hücum edib onları zədələməyə başlayır. Belə halda arxa cəbhə olan helperlər killer hüceyrələri neytrallaşdırmaq üçün supressor hüceyrələr istehsal edir və beləcə bədənimizi xaricdən gələn düşmənlərdən qoruyur.

Sübut olunmuşdur ki, qara zirə qəbul edən insanlarda arxa cəbhə olan helper hüceyrələr həmişə bol olur və onlar bütün mübarizələrdən qalib çıxa bilirlər. Yəni qara zirə bizim immun sistemimizin kamil olması üçün ən təsirli bir vasitədir. Qara zirə, eyni zamanda bədənimizin allergik xəstəliklərə qarşı müqavimətini artırır, çox güclü bir antioksidant təsiri vardır, şiş əleyhinə istifadə olunan müasir preparatlardan yüz dəfələrlə güclü olduğu sübut olunmuşdur.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.