Xalq Təbabəti Bitkilər JessAmin

ORQANİZMİN SÜPÜRGƏSİ - FERULA ASAFOETİDA, HİLTİT, PİSİYLİ İLANKÖLGƏSİ

ORQANİZMİN SÜPÜRGƏSİ - FERULA ASAFOETİDA, HİLTİT, PİSİYLİ İLANKÖLGƏSİ

"ORQANİZMİN SÜPÜRGƏSİ"
FERULA ASAFOETİDA - HİLTİT - ŞEYTANOTU - PİSİYLİ İLANKÖLGƏSİ
 Hiltit Mərkəzi Asiyada, Əfqanıstanda, Qafqazın quru yamaclarında bitən çətirçiçəkli bitkinin köklərinin qurudulmuş qətranıdır. Qurudulmuş qətranın hazırlanması uzun sürən bir prosessdir. Deməli, köklər çərtilir və çıxan qətran toplanılır və emsl olunur. Çox faydalı bitkidir. Hiltit qapalı hermetik qabda sərin və quru yerdə 1 il saxlanıla bilər. Misirdə ona
 Ən keyfiyyətli hiltit  qırmızı və qoxusu kəskin olanıdır. Sarımsaq və soğan qoxusuna bənzər iyə malikdir. Asafoetida güclü işlədici və sovurucu təsirə malikdir. Onu " Orqanizmin süpürgəsi " adlandırmaq olar.
 Allahın izni ilə aşağıda qeyd ediləcək xəstəliklərdə güclü müəlicəvi effekt verir:
  Hiltit selikgətirici təsirinin hesabına ağciyər və bronxları bəlğəmdən təmizləyir. Səs tellərinin boğuqluğunda suda həll edib içməklə səsi bərpa etmək mümkündür. Deməli: 1- 2 qr  ( mərci böyüklükdə) hiltit 1 stəkan süddə qaynadılır və içilir. 
 Boğaz ətlərinin iltihabında - tonzillit, anginada hiltiti bala qarışdırıb boğaz badamcıqlarına sürtmək və ya onu sirkədə həll edib kompress şəklində boğazın üzərinə sarmaq olar: 1-2 qr hiltit 1 çay qaşığı balla qarışdırılır və badamcıqlara sürtülür. Hiltit  böyümüş badamcıqları sürətlə kiçildir. Gündə 1 dəfə olmaqla 10 gün davam etdirilir.
 Hiltit orqanizmdən toksinləri təmizləyir. Onu profilaktik şəkildə qəbul etdikdə zəhərlənmənin qarşısını alır.
 Bitki yağlarında isidilərək həll edilən hiltit qarışımını qulaq ağrıları və eşitmə zəifliyində qulağa damcılatdıqda müalicəvi təsirini göstərir.
 Böyümüş dalaq kimi probleminiz varsa-
 1/2  çay qaşığı hiltit 1 stəkan rafinəolunmamış günəbaxan yağına qarışdırılır, kətan və ya pambıq parçaya hopdurulur və dalağın üzərinə qoyulur.
Bu yağ oynaq iltihabı və artritdə də tətbiq olunur: 5 dəqiqə masaj edilir.
 Hiltiti sinir sistemi ilə bağlı xəstəliklərdə - üz sinirinin iflici, sinir mənşəli bel ağriları və radikulitdə məlhəm şəklində istifadə etmək olar.
 Onun daxilə qəbulu bağırsaqları  köpdən və qarın sancılarından  azad edir, bağırsaq daşlarını,  parazitlərdən təmizləyir. Çox güclü qurdqovucudur. Çox da effektiv təsir edir, demək olar ki, bütün bağırsaq parazitlərinin öhdəsindən gəlir. (Bağırsaq xorası olanlara həkimlə məsləhətləşmədən qəbul etməsini tövsiyə etmirəm)
 Hiltit hemoroidal düyünləri də əridir və qurudur. Bərk xoşxassəli şişlərin müəlicəsində daxilə və xaricə tətbiqi kömək edir:
 1 çay qaşığı qarazirə toxumları və 1 çay qaşığı zəyərək toxumları üyüdülür və 1 çay qaşığı udul hindi tozu ilə qarışdırılır  Üzərinə 1/4 qaşığı üyüdülmüş hiltit və 1/2 çay qaşığı biyan köklərinin tozu qarışdırlır sonra hamısı 1 stəkan qaynar suya qarışdırıb ilıq olanda süzüb, 3 stəkan suya əlavə olunur. Gün ərzində bu su içilir.
  Hiltitin  sirkə ilə qarışığı kosmetologiyada alopesiyalarda, çillərin , dəmrovun və çapıqların müalicəsində istifadə olunur. 
 1qr hiltit 1 stəkan alma sirkəsində qaynadılır. Hiltit bu zaman əriyir. Bu qarışım soyuduqdan sonra alopesiya tipli saç tökülmələrində keçəlləşmiş hissələrə çəkilir.
  Həzm sistemində xora, yara olan və epilepsiya xəstə lərinə qəbulu məsləhət deyil. Dölsalma xüsusuyyətinə görə hamiləlikdə istifadə olunmamalıdır. Qandurulducu dərman  preparatlarıyla  paralel şəkildə qəbul etmək olmaz.

1,353
Paylaş: