Faydalı Sağlamlıq Xəstəliklər

Oruc ilə dietanın fərqi

Oruc ilə dietanın fərqi

Bu sualım bəlkə də çaşdırıcı ola bilər, çünki düşünərsiniz ki, dieta ilə oruc onsuzda eyni şeylərdir. Amma bu yazını oxuyanda fərqlərini hiss edəcəksiniz və orucun çox-çox üstünlüklərini görəcəksiniz.

İnsanoğlu oruc tutanda vücudunu buna hazırlayır, belə deyək ki, bədən bilir ki, 17 saat ac qalmalıdır və mədə-bağırsaqlarımız yemək vaxtalarında artıq şirə ifrazını azaldır, bu isə zamanla tam normaya düşür. Dəqiq desək, bədənimiz beynimizə tabe olmağa başlayır və beynimiz bədəni tam nəzarətə alır.

Bunun çox üstünlükləri vardır, belə ki, insanoğlu səbirli olmağı, dözə bilməyi özünə aşılayır. Amma dieta saxlayanda belə bir əmr olmur, yemək saatlarında şirə ifrazı əvvəlki kimi olur və bu da mədə-bağırsağa ziyanlıq gətirir, boş mədəyə axıdılan şirə mədə divarını yandırır.

Bəzi adamlar işin çoxluğundan və ya nəsə başqa problemlərdən günorta yeməyini yeməyə bilir. O zaman onlar düşünməsin ki, oruc zamanı bədənin aldığı faydanı almışlar. Bundan başqa dieta vaxtı az da olsa insan ağzına nəsə atır, deməli ağıza atılan adi bir şey belə bizim bütün orqanizmi düz 12 saat məşğul edir, amma oruc vaxtı bunu etmək olmaz.

Sonda oruc vaxtı davam edən hər saatın, hər günün öz xeyirləri vardır, bunu zaman-zaman diqqətinizə çatdıracağam.
Bizlər səhhətimiz üçün yox, Allah əmri olaraq orucumuzu tutmalıyıq ki, Allah bunun əcrini həm bu dünyada, həm də qiyamətdə verər inşAllah.

Paylaş: