Qafqaz kefiri – faydaları və hazırlanması

kefir

Kefir – Qafqaz xalqlarının 300 ildən çoxdur ki, istifadə etdikləri şəfalı içkidir. Kefir mayalanmış süddür.

İnək, qoyun və keçi sü-dündən hazırlanır. Kefir təbii probiotikdir, mineral və vitamin mənbəyidir.

Kefir hansı hallarda qəbul olunur və onun faydaları:

  • Antibiotik qəbulu zamanı baş verən bağırsaq disbakteriozunu aradan qaldırır;
  • Ödemləri azaldır;
  • Qəbizliyi aradan götürür;
  • İmmuniteti artırır;
  • Qanda xolesterini aşağı salır;
  • A vitamini ilə zəngin olduğundan gözə xeyri var;
  • Tərkibində kalsium olduğundan osteoporoz xəstəliyində şəfalıdır;
  • Qaraciyəri bərpa edir;
  • Ekzemalarda, sızanaqlarda, dəri göbələyində faydalıdır;
  • Xərçəngin profilaktikasında istifadə olunur.
  • Kefirdən mütamadi istifadə etdikdə saçlar qalınlaşır və gurlaşır.

Bütün bu və başqa xəstəliklərə tutulmamaq, həmçinin müalicə olunmaq üçün gündə 2 stəkan  kefir içmək lazımdır.

Kefirin hazırlanması:

Əvvəlcə kefir mayası əldə edilir, daha sonra maya 2 stəkan  otaq temperaturunda olan bişmiş inək südünə (mağaza südü olmaz) qarışdırılır, yayda 10-12,  qışda isə 20- 24 saat keçəndən sonra süd qatıq kimi olacaqdır. Sonra kefir plasmas  süzgəcdən süzülür, kefir mayası çıxarılır və yenə növbəti gün üçün hazırlanan 2 stəkan  südün içinə atılır. ( Daha bir rahat üsul bildiyimiz marlidən yəni cunadan filtr paket çayı böyüklüyündə və tam onun kimi  tikin yaxşı olar cuna 2 qat olsun mayanı paketin içinə salıb ağzını sapla bağlayın, sapdan tutub mayanı südün içinə salın, bildiyimiz 1 dəfəlik çay kimi 12 və ya 24 saat sonra sapdan tutub mayanı süddən çıxarın bu üsulda kefiri süzmək lazım deyil)   Əgər kefir mayasını istifadə etmək istəməsəniz, onda mayanı yarım stəkan çiy suya salıb soyuducuya qoyun, nə zaman istərsəniz sudan çıxarıb istifadə edə bilərsiniz.

Sağlam bağırsaqda 1-1.5 kq mikroorqanizm yaşayır. 500 növdən ibarət və 100 trilyona qədər bakteriya bağırsaq florasını və immun sistemini təşkil edir. Bağırsaq mikroflorasını qorumaq üçün probiotiklərə ehtiyac var, kefir isə təbii probiotik mənbəyidir. Xatırladım ki, kefir qatıq deyil.Qatıq probiotik istehsalını artırır, kefir isə özü probiotikdir. Qatıq mütəmadi istifadə olunduqda mədə turşuluğunu artırır, kefir isə əksinə normallaşdırır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.