Qarın piylərini bu üsulla əridəcəksiniz

qarın piyləri

Bu üsula yəqinki heç yerdə rast gəlməmisiniz və deyim ki, olduqca faydalı bir üsuldur. Piylər maddələr mübadiləsinin pozulmasının son nəticəsi olaraq əmələ gəlirlər. Qarın piyləri böyüdükcə qarın əzələri boşalır və fəaliyyətdən düşürlər. Piyləri əritmək üçün biz həm piylərə mexaniki üsulla təsir etməli və əzələləri tonuslandırmalıyıq. Əgər yazdığım üsulu edə bilsəniz, həftədə bir dəfə qarnınızı səhər ac qarnına metrə ilə ölçüb yazın, hər həftədə ən azından 1 sm qarnınızın kiçildiyini görəcəksiniz.

Necə edirik?

  • Deməli əvvəlcə qarın nahiyyəsindəki qan dövranını sürətləndirməliyik ki, piyləri sürətlə əridə bilək, bunun üçün həftədə 2- 3 (3 olsa daha yaxşıdır) ədəd piylərin üstünə hicama (həcəmət) etdiririk və hər bankanı götürən kimi yerinə 3 ədəd zəli qoyuruq. Bu proseduru biz ürəyimiz istəyən müddətə qədər edə bilərik, qanınızın azalmasından qorxmayın, sadəcə qan azlığınız varsa onda 1 və ya 2 banka qoyub yenə də hər bankaya 3 zəli qoyun.
  • İkinci prosedurumda biz qarın əzələrini möhkəmləndirmək və tonuslandırmaqla məşğul olmalıyıq. Bunun üçün əlinizi yumub yumruqlamaq lazımdır, sonra gündə 5-6 dəfə hər dəfə 50 ədəd nağara çalan kimi yumuruqların iç tərəfi ilə qarını yumruqlamaq lazımdır. Xatırladım ki, bu üsulla həm də sizi narahat edən köpdə aradan qalxacaqdır. Vəssalam bu qədər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.