Qəbizlik və kalsium çatışmazlığı ələyhinə içki

kalsium çatışmazlığı

Nəzərə alsaq isti yay günlərində insanlar qəbizlikdən daha çox əziyyət çəkir ondâ bu içki məncə yerinə düşmüş olar. Deməli, 8-12 ədəd quru və ya təzə əncir 0.5 litr suda zəif odda 10 dəqiqə qaynadılır, oddan götürməzdən 2 dəq qabaq 2-3 ədəd reyhan yarpağı qarışdırın və tam soyuyandan sonra 2 xörək qaşığı təbii alma sirkəsi qarışdırın. Bu içkini gün ərzində hər yeməkdən əvvəl 1 stekan için. Tərkibində zəngin kalsium, kalium və minerallar var, qəbizliyin bütün formalarında istifade oluna bilər. Əsasən də yaşlı və böyüməkdə olan orqanizm üçün çox faydalıdır. İnsanda xəstəliklərə qarşı dirənişi yüksəldir, orqanizmi həmişə yüksək əhval-ruhiyyədə saxlayır. Kəskin və xroniki bronxitlərin müalicəsində 20 gün içilməlidir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.