Qida borusunda səpgilər üçün çarələr

qida borusu

Qida borusunun xəstəlikləri çox hallarda mədə turşuluğu artandan sonra baş verir, əvvəlcə mədədə qıcqırma və yanma hissi, sonra isə küt ağrılar başlayır. Mədə sfinkteri zədələnir, ağızdan pis qoxu gəlməyə başlayır. Yemək yeyəndə qida borusunda ağrılar baş verir. Bütün bu halların qarşısını almaq üçün hərəsindən 100 qram biyan kökü, kəcəvər kökü və hil qarışdırılır, qarışıqdan 3 çay qaşığı 3 stəkan su tutan termosda dəmlənir, gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir stəkan içilir.

Səhər yuxudan duranda ağızda acılığın olması öddə və ya öd yollarında ödün axmasının qarşısını alan maneə olduğunu göstərir. Öd kisəsində daş olmadıqda və öddə qatılıq olduqda gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı qurudulmuş şaftalı yarpağı dəmləməsi içilir, dəmlənən hər stəkana 1 çay qaşığı bal qarışdırılır.

Qüdrət narının zeytun yağında dəmləməsi həm qida borusunda iltihab (ezofagit), həm də mədədə iltihab (qastrit) zamanı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.