Qüvvət məcunu – 1001 dərdin dərmanı

Bu məcunun çox adı vardır, məsələn, “məcuni-qüvvət”, “kişilik məcunu”, “əsmə məcunu” və s., çünki bu məcun bədən zəifliyi ilə gedən bütün xəstəliklərə şəfadır. Məcun kişilərdə cinsi zəifliyi, əllərin, ayaqların əsməsini aradan qaldırır, insanı sağlam kökəldir, solmuş bənizlərin rəngini yaxşılaşdırır, öskürəyi və bəlğəmi aradan qaldırır. Mən deyərdim ki, həqiqətən 1001 dərdin dərmanıdır.

Qüvvət məcunu üçün lazım olan ərzaqlar:

  • Sarımsaq (yerli) – 0,5kq
  • Süd (mağaza südü olmaz) – 1.5 kq
  • İnək yağı (duzsuz nehrə yağı) – 1 kq
  • Bal – 1 kq
  • Zəncəfil – 2 xörək qaşığı
  • Darçın –1 xörək qaşığı
  • Hindistan qozu (kokos) – 4 ədəd
  • Cirə – 2 xörək qaşığı
  • Udi hindi – 1 xörək qaşığı
  • Mixək – 1 çay qaşığı/
  • Qovrulmuş kəpəkli un – 1 kq

Qüvvət məcununun hazırlanması

Sarımsaq sürtkəcdən keçirilir, qaynamaqda olan südün içinə tökülür, üstündə 5 dəqiqə qaynadılır, sonra un əlavə edilir, yağ əlavə olunub daha 5 dəqiqə qaynadılır, oddan götürülüb dərhal bal əlavə olunaraq qarışdırılır, saydığım bitkilər toz formasında qarışığa əlavə olunub yaxşıca qarışdırılır. Bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl bir xörək qaşığı yeyilir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.