Sadə üsulla uşaqlarda çöp salma

uşaqlarda çöp

Uşaqlarda çöp qalması haqqında fikirlər müxtəlif olsada mənim fikrim budur ki, çöp qalma var, demək olar çox insanlar bunun şahidi olmuşlar. Çöp qalma haqqında “Sağlam yaşamaq üçün” kitabımda yazım olsa da yazdığım bu üsulda rahat və məqsədəuyğundur. Beləki böyüklər çeçəyərək boğazda qalmış qırıntıları təmizləyə bilirlər amma uşaqlar bunu edə bilmədiyindən, belə sərt yemək qırıntıları böğazda qalaraq iylənir və uşaqlara müxtəlif rahatsızlıqlar verə bilir. Uşaqlarınızda dayanmadan narahatçılıqlar olanda, özündən ixtiyarsız əllərini burnuna sürtəndə, çöpçüyə getməyə tələsməyin.

Çöpçüyə getmənin zərərləri də çoxdur beləki, çöpçü çox sürətlə uşağın burnundan üfürür yemək qırıntıları qalmış ciblərdə yüksək təzyiqdən sonra genişlənmələr əmələ gəlir və belə uşaqlar çöpə vərdiş olurlar bəzi hallarda bu insan bütün həyatı boyunca çöpçüdən asılı ola bilir, yəni çöpçüyə getmək məcburiyyətində olurlar. Çöpçüyə getmədən, yazdığım bu sadə üsulu edin. Deməli, uşağı 1 vedrə su tökülmüş vannaya qoyun bütün bədənini və başını isladın vannada 10 -15 dəqiqə oynayandan sonra yuyundurun çıxarmazdan əvvəl  hazırlanılmış yarım vedrə ilıq suyu naporla ara vermədən uşağın başına tökün vəssalam. Heç bir xəsarət yetirmədən çöplərdən uşağınız təmizlənəcəkdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.