Şam qozası faydaları

Şam qozası

Aprel may aylarında şam qozası təxminən qoz böyüklükdə olur müalicə məqsədilə istifadə etmək üçün əsl vaxtıdır.  Faydaları haqqında yazmağı  lazım bildim. 

Deməli, şam ağacını Allah Təala sanki insan nəfəsi üçün, ağciyər üçün yaratmış. Çünki şam meşəsində gəzmək ağciyər üçün çox faydalıdır. Şam ağacının yaz aylarında tozcuqları olur, bunlar şamın mayalanması üçündür və toz kimi havada uçarlar.

Deməli, ağacın altına salafan sərib, burunu respiratorla tutub ağacı silkələyərək tozlar yığılır. 200 qram toz 1 kq bal ilə qarışdırılır. Bütün ağciyər xəstəliklərində bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir. Bu məcun həm də cinsi istəyi artırır.

Yaşıl qozaların faydası

Şam ağacının  yaşıl qozaların faydaları haqqında danışaq. Deməli, yaşıl qozalar yığılır, sərilir və qurudulur. Qurusundan 2 çay qaşığı 3 stəkan suda dəmlənilir və 1 çay qaşığı bal əlavə olunur. Astma xəstəliyində, xroniki bronxitdə, pnevmoniyalarda, nəfəs çatışmazlığında (hansı ki, 5 addım gedir amma nəfəs çatmır) gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.

Amma şam qozası dəmləməsini 10 gündən artıq içmək olmaz. Bunu nəzərə almaq lazımdır ki, 10 gün içildikdən sonra 2 həftə ara verib yenə müalicəni davam etmək lazımdır. Qurudulmuş şam qozasından 3 xörək qaşığı 3 stəkan suda 5 dəqiqə qaynadıb süzün və suyu ilə saçlarınızı yuyun. Bu zaman kəpəklənməni və qaşınmanı aradan qaldırır, saç dibindəki göbələkləri məhv edir. 

Şam qozasından 3 xörək qaşığı 1 litr təbii alma sirkəsinə qarışdırıb 1 ay gözləyin, sonra isə süzün. Bu sirkədən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb mədə-bağırsaq göbələyinin qarşısını almaq üçün çox təsirli bir vasitədir. Yaşıl şam qozasını yığıb ət maşınından keçirin. Bunu lopa halında da keçəllik müalicəsi üçün başa sürtüb 1 saat gözləmək lazımdır. Bunu gündə 1 dəfə 1 ay etmək çox faydalıdır.

Şam qozalarını 10 ədəd 3 litr suda 10 dəq qaynadıb süzün. Suyundan babasil zamanı vanna qəbul edilir. Suyu bir qaba tökülür və gündə 1 dəfə yarım saat suda oturulur. Bundan başqa yaşıl qozaları yığıb qurudun,sonra xırdalayın  5 xörək qaşığı 250 qram küncüt yağına qarışdırıb adi çay dəmləyən kimi 1 saat qaynatmadan dəmləyin və 1 gün sonra süzün.

Bu yağdan uşaqlarda əmələ gələn diatezlər zamanı pişməcələrin üstünə vuranda pişməcələri aparır. Böyüklər də pişməcələrin və sızanaqların müalicəsində bundan istifadə edə bilər. Bu yağ həm də ləkələrin müalicəsində də istifadə oluna bilər.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.