Faydalı

Sifətdəki qırışlar əleyhinə

Sifətdəki qırışlar əleyhinə

Salamaleykum. Sifət qırışları əleyhinə və sifəti təravətləndirmək üçün istifadə edəcəyimiz bu təbii qarışım ziyansızdır və hər dəfə istifadə etdikcə üz qırışlarının necə açıldığının şahidi olacaqsınız. Yaxşı olar, bu qarışımı 3 gündən bir edəsəniz.

Lazım olanlar:

Kakao yağı 1 xörək qaşığı

Kakos yağı 1 xörək qaşığı

Soda  1 xörək qaşığı (qaşıq tam dolu olmasın)

Deməli, saydığım bu vasitələri  15 dəqiqə bir birinə yaxşı-yaxşı qarışdırırıq, sonra üzümüzü ilıq su ilə yuyub, qurulayıb, dairəvi formada bu kremi üzə çəkirik və 5 dəqiqə dairəvi formada üzümüzü masaj etməyə davam edirik. 15 dəqiqə gözləyəndən sonra əvvəlcə ilıq su , sonra isə otaq temperaturunda olan su ilə üzümüzü yuyuruq.

Paylaş: