Təbii gözəlliyin 10 qaydası

1. Saçlar

Saçlarımıza qulluq əvvəlcə zərərvericilərin aradan qaldırılmasıdır, ən çox zərərverici süni saç boyalarıdır, onlar həm də allergendir. Saçlara qulluq üçün yaxşı vasitələrdən biri qara zirə yağıdır. 2 gündən bir yuyunmazdan 2-3 saat əvvəl saçlarınızı qara zirə yağına batırılmış daraqla darayın, saçların ölü toxuma olduğunu nəzərə alsanız bunun effektini yeni saçlar çıxandan sonra görəcəksiniz. Saçlar yoğun, parlaq, saçqıransız olacaqdır.

2. Kirpiklər

Kirpiklərin uzun, sıx, aralarının təmiz olmasını istəyirsinizsə, ismid sürməsindən istifadə edin, bu həm də gözləri nurlandırır.

3. Səpgilər

200 qram salisil spirtinin üzərinə 1 xörək qaşığı gülümbahar, 1 xörək qaşığı bibəriyyə, 1 xörək qaşığı çobanyastığı, 2 xörək qaşığı qliserin töküb qarışdırın, 10 gün saxlayandan sonra gündə 2 dəfə üzünüzü silin.

4. Üzün ağardılması

200 qram rafinə olunmamış zeytun yağının üzərinə 4 çay qaşığı udi hindi tozu tökün, 1 həftə günəş altında saxlayın, sonra gündə 2 dəfə üzünüzü silin. Buna hindistanlılar “prokosini”, yəni üzağardan deyirlər.

5. Ağız qoxusu və dişlər

Misvak çubuğundan istifadə edin. Müntəzəm istifadədən sonra ağızdan gələn pis qoxu aradan qalxır, dişlər çox parlaq olur. Misvak gündə azı 3 dəfə istifadə olunmalıdır.

6. Süd vəzləri

2 hissə güldəfnə, 1 hissə ərküdə meyvəsini bir-birinə qarışdırın, 3 xörək qaşığını 4 stəkan suda (termosda) dəmləyin, üzərinə 1 çay qaşığı bal əlavə edin. Adi çay əvəzi gündə 4 stəkan içsəniz, süd vəzləriniz böyüyəcək, dodaq və ayaqların daha da ətli olmasına səbəb olacaq, dəmləmə eyni zamanda pozulmuş qadın hormonlarını  nizamlayır.

7. Qarın piylərinə

250 qram rafinə olunmamış zeytun yağının üzərinə 4 xörək qaşığı qırmızı bibər tozu, 1 çay qaşığı zəncəfil töküb qarışdırın, zəif odun üzərinə qoyub isidin, sonra üzərinə qoz böyüklükdə arı mumu əlavə edib qarışdırın, mum tamam əriyəndə kənara qoyun, məhlul soyuyandan sonra istifadəyə tam hazırdır. Gündə 2 dəfə həmin məhlulla qarın piylərinin üzərini 15 dəqiqə masaj edin, üstünü isti belliklə bağlayın. Qızışma verib piylərin əriməsinə səbəb olacaqdır.

8. Ayaqlarda varikoz

Gündə 3 ədəd atşabalıdı meyvəsinin qabığını soyun, sürtgəcdən keçirin, ovucunuzun içinə töküb ayaqlarınızı 20 dəqiqə masaj edin, sonra bədən səviyyəsindən 20 dəqiqə hündürdə saxlayın.

9. Gözəl görünüş

Həftədə 2 dəfə səna çayı içmək işlədici təsir göstərir. Bu da üz dərisinin daha gözəl görünüşünü bərpa edir. Qədimdə rus qadınları padşahlara daha gözəl görünmək üçün belə edərmişlər.

10. Daban çatları

200 qram qara zirə yağına 10 qram evkalipt, 10 qram bibəriyyə, 10 qram adaçayı yağı qarışdırıb dabanları gündə 2 dəfə masaj edin.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.