Sağlamlıq Ümumi Bitkilər JessAmin

TƏBİİ KİSƏ - LUFFA CYLİNDRİCA - SÜNGƏR BALQABAĞI

TƏBİİ KİSƏ - LUFFA CYLİNDRİCA - SÜNGƏR BALQABAĞI

 
Salam aleykum. Allaha həmd olsun, Allah  insan oğlunu yaradanda görün nələri də nəzərə alıbmış. Bu şəkildə gördüyünüz bir balqabaq sortudur. Amma bu balqabaq yeyilmir sadəcə üst qabıqları soyulduqdan sonra altından bu formada setka kimi bir birinə toxunmuş qalın liflərdən ibarət kisə kimi meyvəsi görünür.
Bu balqabağın toxumları yetişdikdən sonra süngəri xatırladan liflər yaranır. Təbii lifləri ilə dərini cızmadan onu mikroblardan təmizləyir. Hüceyrə yenilənməsinə faydası vardır. İstifadədən öncə azacıq isti su ilə islatmaq kifayətdir. Həm kisə, həm süngər kimi hamamda , eləcə də mətbəxdə işlətmək olar.
  Bunu mənə bir xəstəm gətirmişdi qabığını soydum qurutdum bu formaya düşdü.

110
Paylaş: