Təbii probiotik mənbəyi – tərəvəz turşuları

təbii probiotik turşular

Faydalı qidalar bölməsindən yazılarımızı davam etdiririk. İnsan birinci növbədə sağlam qidalanmalıdır ki, xəstələnməsin sağlam olmaq üçün qidalanmaya diqqət etməli və ondan sonra xəstəlik ağırlaşmaqda davam edərsə dərman bitkilərindən istifadə etməlidir. Sağlam olmaq üçün bəzən yeməli bəzən də yeməmək lazımdır. Probiotiklər insan oğlunun sağlam yaşaması üçün bağırsaq mikroflorasının qidasıdırlar. Bağırsaq mikroflorası nə qədər zəngin və sağlam olarlarsa insanda bir o qədər sağlam imuntetli  olar. Belə insanlarda allergiya olmaz, belə insanlar tez tez xəstələnməz , yolxucu xəstəliklərə qarşı dözümlü olarlar. Aşağıda hazırlayacağımız tərəvəz turşusunun tərkibindəki bütün məhsullar ayrı ayrılıqda və birlikdə də faydalıdırlar.

Tərəvəz turşusunun hazırlanması

2 kq kələm ,  500 qram qırmızı kələm, 200 qram kök, 100 qram çuğundur, 100 qram sarımsaq, 100 qram təzə zəncəfil hamısı əvvəlcə yaxşı yaxşı yuyulur,  sonra balaca balaca doğranılır, sonra üstünə 1 ovuc dağ duzu (Naxçıvan duzu)  səpib yaxşı yaxşı qarışdırın  12-16 saat arası gözlədikdən sonra süzüb suyunu atın, daha sonra üstünə 2 stəkan təbii alma sirkəsi tökün, sonra hamısını böyük bir qazana yığıb üstünə qaynadılmış, soyudulmuş  və bu suda  2 xörək qaşığı  dağ duzu həll edimiş su əlavə edin suyu tərəvəzlərin üstü  örtülənə qədər töküb 10-15 gün gözlədikdən sonra istifadə edə bilərsiniz. 

Bildiyimiz kimi ümumiyyətlə  turşuları  ziyanlı qidalar kimi tanısaqda bu turşu əksinə sağlamlıq üçün vacib olan təbii probiotik mənbəyidir. Turşunun tərkibində mineral və vitaminlər zəif dəyişikliyə uğrasalarda tərəvəzlərin fermentləşməsi nəticəsində zəngin probiotik mənbəyinə çevrimişlərdir. Ümumi çəkisi 3 kq olan bu tərəzlərdən ibarət turşu bitdikdən sonra yenə təzə təzə hazırlayıb qidalanmaq daha çox faydalıdır nəinki birdəfəyə çox hazırlamaq. Çünki bu kimi turşuları çox hazırlayıb qdalanma müddətini uzatdıqca turşunun fermentativ aktivliyi azalır və turşi ziyanlı bir qida vasitəsinə çevrilir. Yaxşı olar ki, 10 gündən sonra qidalanmağa başladığınız turşunu elə 10 gün müddətində də yeyib qutarasınız. Turşu zəngin C vitamini mənbəyidir, sinqa xəstəliyi, ağız yaralrı, iştahsızlıq, poliartrit, revmatizma, xərçəng xəstəliyi, osteoporoz, disbakterioz, qəbizlik, bağırsaq təmbəlliyi kimi xəstəliklərdə olduqca faydalı bir qidadır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.