Udi Hindi möcüzəsi

udi hindi

Niyə möcüzə yazmağımı məqaləmi oxuduqca görəcəksiniz.

Udi Hindi nədir?

Udi hindi – şəfaları bitməyən bir bitkidir. Udi hindi insan orqanizmini sanki yeniləyir, bu bitki ilə müalicə olunan zaman orqanizm sanki təzələnir. Birincisi, Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) gələn bir hədislə başlayaq.

“Müalicələrin ən yaxşısı həcəmət və udi hindi ilə müalicədir”.

1 çay qaşığı udi hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb içilə biləcək dərəcəyədək soyumasını gözləyin, sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən yarım saat əvvəl için, bunu gündə üç dəfə, səhər, günorta axşam edin. Alınan qarışım bütün iltihabi xəstəlikləri təkbaşına sağalda biləcək bir gücə malikdir. Bu qarışımın faydasını görmək üçün ən azı bir ay içmək lazımdır. Qanı duruldur, damarları elastikləşdirir, təzyiqi normallaşdırır, beyin qan dövranını yaxşılaşdırır, diqqəti və yaddaşı gücləndirir, zob düyünlərini əridir, faringiti, anginanı qısa müddətə sağaldır, mədəaltı vəz iltihabı (pankreatit) zamanı çox faydalıdır, podaqra şişlərini əridir, kista, mioma, mastopadiyadan əziyyət çəkənlər üçün çox faydalıdır,  qurdqovucudur, şəkər xəstələri üçün əvəzolunmaz şəfa mənbəyidir. Şəkərli diabetin müalicəsi zamanı qarışımda balın dozası azaldılır və ya tamamilə balsız istifadə olunur. Xroniki qastrit və kolit, revmatizm və revmatoid poliartrit zamanı istifadə olunur, əzələ ağrılarını azaldır, ödqovucudur, öd kisəsi və böyrək daşlarını əridir, bağırsaq xovlarının arasındakı daşları əridir, sistit və böyrək iltihabını sağaldır, immuniteti çox gücləndirir, illərlə çəkən allergiyanı söndürür, xroniki bronxit, astma və vərəm xəstələri üçün şəfa mənbəyidir, damarların mənfəzini təmizlədiyindən və qanı durulaşdırdığından ürək, qan-damar sistemi üçün şəfalıdır.

Bir sözlə, əziz oxucu, bütün bunları mən hardansa oxuyub bura yazmıram, bütün bu xəstəliklərin necə sağalmasının şahidiyəm. Öz praktikamda bu bitkidən geniş istifadə edirəm və əlhəmdülilləh, əla nəticələr alıram.

Udi hindinin qəbul formaları

Udi hindinin bir neçə qəbul qaydası var:

1. Üyüdülmüş udi hindi, yəni bitkinin tozu buruna çəkilir. Əgər sizin burnunuzda və boğazınızda iltihab, tibbi dildə desək, rinit, haymorit, frontit, faringit, angina varsa, hər burun dəliyinə bir çimdik udi hindi tozu olmaqla dərindən çəkilir müalicə vaxtı asqırma ola bilər, bu, normal haldır, asqırmaya əhəmiyyət vermədən müalicənizi davam etdirin, müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 10-20 gün aparıla bilər. Və ya buruna ud hindi tozunun zeytun yağında dəmləməsini də tökə bilərsiniz, deməli 1 dolu çay qaşığı ud hindi tozunu 100 qram rafinə olunmamış zeytun yağında 1 həftə isti otaqda və ya günəş düşən pəncərədə saxlayıb gündə 3 dəfə hər dəfədə 3-4 damcı burun dəliklərinə tökə bilərsiniz.

2. Bir çay qaşığı ud hindi tozunu bir stəkan qaynar suya qarışdırın, su ilıq olanda1 çay qaşığı bal  qarışdırın, bronxit, astma, ağciyərə su yığılması, vərəm, hepatitlər, cinsi istəyin azalması, sidikqaçırma (enurez), qadınlarda aybaşı pozulması, kistalar, miomalar, mastopatiya və  allergiya zamanı gündə 3 dəfə bu şərbətdən için. Müalicə xəstəlikdən asılı olaraq 1-2 ay çəkə bilər.

3. 2 xörək qaşığı udi hindi 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırılıb qastrit, kolit, öd durğunluğu, babasildə gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün aparılır.

4. 3 xörək qaşığı udi hindini 200 qram rafinə olunmamış zeytun yağı ilə qarışdırıb ağzı kip bağlanmamaq şərtilə 10-15 gün günəş altında saxlayın, sonra süzün. Bu yağ bütün dəri xəstəliklərində, civzələrdə, üzdə ləkələrdə, ekzemalarda, dəri çillərində, keçəllikdə, qulaq ağrılarında (qulağa tökülür), üz dərisinin gənə (demodeks) zədələnməsində dəriyə çəkilir və eyni zamanda burun nəfəsalmasında problemlər olduqda pambıq bu yağa batırılıb hər burun dəliyində yarım saat saxlanır. Bu yağ həm də dərini ağardır. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün gedə bilər.

5. 1 çay qaşığı udi hindi tozu 1 stəkan suda 15 dəqiqə dəmlənilir. Ağız içi yaralarda, tez-tez boğazgəlmədə, ağızdan xoşagəlməz iy gələndə ağız və boğaz gündə 3-5 dəfə qarqara edilir. Qadınlarda uşaqlıq yolundan axıntı gələn zaman və ya göbələk xəstəliyi olan zaman gündə 3 dəfə uşaqlıq yolu həmin dəmləmə ilə şırınqa edilir. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün gedə bilər.

6. 1 xörək  qaşığı udi hindi tozu 1 stəkan suda 15 dəqiqə zəif odun üstündə yavaş-yavaş qaynadılır, haymoritin, rinitin və frontitin müalicəsində gündə bir dəfə başa dəsmal atılıb buxara verilir. Bunu axşamlar edin və prosedurdan sonra özünüzü soyuqdan qoruyun. Müalicə xəstəlikdən asılı olaraq 10-20 gün aparıla bilər. Bu qarışıma 1 çay qaşığı qara zirə yağı əlavə olunduqda daha faydalı ola bilər.

7. 200 qram ud hindi tozunu 1 kq qaratikan balı ilə qarışdırıb məcun hazırlayın, məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyin, bu məcun bütün iltihabi xəstəliklərdə, hepatitlərdə, revmatizmərdə, boğaz iltihabında, faringitdə, vərəmdə, böyrək soyuqlamasında, qan dövranı pozğuluqlarında, cərrahi əməliyyatdan sonrakı bərpa dövründə, bədən soyuqluğunda, qan azlığında, cinsi zəiflikdə, qripdən sonrakı ağırlaşmalarda, zobda istifadə edə bilərsiniz.  

Udi hindinin faydaları

Sonda bir faktı da qeyd edim ki, mənim təcrübəmdə 15 il allergiyadan, 2 il faringitdən, 20 il xroniki bronxitdən, həmçinin C və B hepatitlərindən əziyyət çəkən xəstələr Ud hindi istifadə etdikdən sonra sağalıb. Ud hindi bitkisindən istifadə edə bilməyənlər, yəni bitkinin acı dadından və iyindən xoşu gəlməyənlər ud hindi kapsullarından istifadə edə bilərlər, ud hindi kapsulu gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 2 kapsul udulmalıdır. Müalicə müddəti xəstəliklərdən asılı olaraq dəyişir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.