Xəstəliklər

Üzdə səpgilər – demodeks gənələri

Üzdə səpgilər – demodeks gənələri

Demodeks adi gənədir, əsasən üzdə parazitlik edəndə üz dərisi səpir, qızarır və şişkinləşir, xəstəlik inkişaf etdikcə dəridə kələ-kötürlüklər əmələ gəlir. Müalicəsi bəzən illərlə çəkir, həddindən artıq vəsait sərf olunur. Parazitlər keçicidir, immuniteti zəif olanlarda daha sürətlə artıb çoxalır və fəsadları ağır olur. (Xatırladım ki, immuniteti normal insanlar demodeksə yoluxsalar da gənələr artıb çoxala bilmirlər)

Müalicə zamanı, məsələn, üzə müxtəlif maskalar qoyanda gənələr dərinin alt qatlarına keçir. Üzdəki maska və ya dərman vasitəsi yuyulandan sonra yenidən fəallaşır və müalicə illərlə davam edir. Demodeks gənələrini çox sadə üsulla müalicə etmək olar.

Sarımsaq əzilir və ya sürtgəcdən keçirilir, suyu hər gün 2-3 dəfə üzə çəkilir. Onu axşamlar hazırlayıb səhərə qədər saxlamaq, səhərlər çəkib axşama qədər saxlamaq, buna əməl etmək mümkün olmadıqda isə gündə 1 dəfə çəkmək lazımdır. Müalicə proseduru təxminən 2 aya bütün üzü təmizləyir.

7,838
Paylaş: