Faydalı Bitkilər JessAmin

YAPON YAŞIL ÇAYI

YAPON YAŞIL ÇAYI

Yapon yaşıl çayı 
Dünyada ən çox içilən içgilədən biri yaşıl çaydır. Yaşıl çayların içərisində isə ən çox keyfiyyətlisi Yapon yaşıl çayıdır. Yaponlar çayı əkməzdən əvvəl torpağı çaya görə təbii kübrələrlə zənginləşdirirlər maraqlıdır ki   kübrə məqsədilə satılmayan balıqlardan təbii kübrələr hazırlayıb torpağa verirlər. Sonra əkim başlayır 8 ildən sonra isə yığım başlayır. Yığılmış yarpaqlar dünya praktikasından fərqli olaraq yaş halda dondurularaq saxlanılır. Bu olduq qədər bahalı bir üsul olsada yaponlar bunu edirlər çünki bu zaman çayın tərkibindəki yaşıllıq verən maddə olan xlorofillər qorunub saxlanılır.  Yapon çayının xərçəng, skleroz,  alshaymer, sistem xəstəlikləri əleyhinə antioksidant özəlliyi başqa yaşıl çaylardan 100 qat daha güclüdür. Çayın tərkibində katexinlər, epiqallokatoxinlər adında antioksidantlar adında antioksidsntlar xərçəng əleyhinə çox güclü antioksidantlardır. Yaponların cavan qalmasının səbəbi də yaşıl çaylardan bol bol içmələridir.  Çayların tərkibindəki aktiv maddələrin yaşlanmaya təsiri bir çox dünya ölkələrindəki labaratoriyalarda öz əksini tapmışdır. Çay güclü bir piyləri yandırmaq xüsusiyyətinə malikdir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan arıqlamaq təsirinə görə  4 qat daha güclüdür.
Yapon yaşıl çayınin detoks effekti də vardır orqanizmi ziyanlı maddəlırdən ağır metal duzlarından təmizləmək üçün təsirli bir vasitədir. Yapon yaşıl çayının  tərkibində L- tanin adlı maddə başqa yaşıl çaylardan 5 qat daha çoxdur. Bu maddə dopamin və serotonini stimullaşdırır yaddaşı və  əhval ruhiyyəni gücləndirir. Yapon yaşıl çayı başqa yaşıl çaylardan fərqli olaraq beş altı dəfə dəmlənilə bilir. Dəmlənilmə cəmi 1 dəqiqəyə bəs edir. 1 dəqiqədən sonra çayı stəkandan çıxarıb ikinci dəm üçün saxlamaq lazımdır. Çayın tünd yaşıl rəngdə gözəl bir görünüşü özünəməxsus spesifik olan ətri vardır.

51
Paylaş: