Zəlinin faydaları (ikinci yazı)

zəlinin faydaları 2

Əziz oxucu, zəlinin faydaları haqda yazıram ki, əhali maariflənsin. Bəzi xəstələr bu faydalar haqda oxuduqdan sonra gedib 3-5 ədəd zəli qoydurur və heç bir effekt almırlar. Belə olmaz! Zəlini mütəxəssis təyin etməli və sistemli şəkildə qoyulmalıdır.

Zəli müalicəsinin faydalı olduğu xəstəliklərə aiddir:

  • Saç tökülməsi;
  • Miqren;
  • Müxtəlif mənşəli baş ağrıları;
  • Qan laxtalanması, trombozlar;
  • Varikoz;
  • Damar tutulmaları;
  • Çox çiban çıxarma;
  • Sümük ağrıları;
  • Ürəyin işemik xəstəlikləri (infarkt, stenokardiya, ateroskleroz); – Damar ulduzcuqları (kapilyar damar partlaması);
  • Görmə pozulmaları;
  • Oynaq artrozu;
  • Oynaq burxulmaları;
  • Osteoxondroz;
  • Qan dövranı pozulmaları;
  • Qaraciyər çatışmazlığı;
  • Babasil;
  • Ürək klapanlarının iltihabı;
  • Hormonal pozulmalar;
  • Diş əti iltihabı;
  • Qulaq küyləri;
  • Zob;
  • Şəkərli diabet;
  • Prostat hiperplaziyası;
  • Prostatda kalsinatlar;
  • Duzlaşma;
  • Böyrək büzüşməsi;
  • Revmatizm;
  • Revmatoid poliartrit;
  • Epilepsiya;
  • Panik tutma;
  • Yüksək təzyiq;
  • Cinsi zəiflik;
  • Sonsuzluq;
  • Bronxial astma, bronxit;
  • Bel yırtığı və fəqərə sürüşməsi;
  • Gec sağalan yaraların müalicəsi;
  • Müxtəlif mənşəli dəri səpgiləri;
  • Ekzema, dəmrovlar, psoriaz;
  • Gözdaxili təzyiq (qlaukoma);
  • Gözdə mirvari suyu (katarakta);
  • Yeni başlamış qanqrenalar.

Yaşdığım bu xəstəliklərdə və onlarla digər xəstəliklərin müalicəsində zəlidən istifadənin effekti daha yüksəkdir.

Bir dəfə yaşlı bir qadın çənə sümüyündəki qoz boyda olan bir kistanı əritmək üçün mənə müraciət etdi, çənə sümüyünü rentgendə etdirmişdi kista o qədər böyümüşdü ki çənə sümüyünü tamamilə yeyib sümüyün qırılması hər an ola bilərdi. Xanım əvvəlcə cərrah stomotoloqunda yanında olmuşdu və təbiiki cərrahi müalicə məsləhət görülmüş və kistanın yerinə sümük inplantasiya köçürməsini məsləhət görmüşdü. Əslində həkimin təklif etdiyi metod düzgün bir müalicə metodu idi, amma nə yazıq ki, xanım çox kasıb idi bu qədər vəsaiti heç cürə verə bilmərəm deyirdi. Xanıma ağızın içindən kistanın tam üstünə hər 4 gündən bir 3 ədəd zəli qoymasını söylədim və ağızın içindən zəli qoymasından qorxursunuzmu dedim, xanım maraqlı bir cavab verdi, nə qorxmaq əgər bilsəm bunlar mənim dərdimin çarəsidirlər zəliləri yeyərəmdə və beləcə müalicəyə başladıq kista tamamilə soruldu təbiiki kista soruldusa zaman zaman sümük toxumasıda bərpa oluncaqdı. 3-4 ay sonra xanım başqa birisini yanıma gətirəndə heç bir şikayəti qalmamışdı. 

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.