Faydalı Sağlamlıq Bitkilər

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ

ZƏNCƏFİL DƏMLƏMƏLƏRİ
Bəzi xalqlar, xüsusi ilə Yaxın Şərq və Cənubi Asiya ölkələri zəncəfili qidalarının bir hissəsinə çeviriblər. Məsləhət görürəm ki, sizlər də təzə zəncəfildən çox istifadə edəsiniz. Çünki təzə zəncəfilin tərkibində efir yağları daha çox olur və bu xoş ətri də dəmləməyə sineol, zinkiberol, kingerol və s. efirli birləşmələri verir. 
  Mən təzə zəncəfilin bir neçə  dəmlənmə və asan istifadə qaydalarını sizlərə paylaşacam ki, siz də istədiyiniz vaxt asanlıqla hazırlaya biləsiniz. Deməli,  öncə 1 kq ( yarım kq da olar) təzə zəncəfili təmiz yuyun və qabığını çox nazik bir şəkildə soyun, (zəncəfili kartof kimi soymaq olmaz sadəcə üzünü qaşımaq lazımdır) sonra sürtkəcdən keçirərək hermetik bir qabda ( ağzıbağlı) soyuducuda saxlayın ki, lazım gəldikdə istifadə edə biləsiniz.
 Zəncəfil + nanə dəmləməsi
 Yarım dəstə təzə nanəni yuyub doğrayın (doğramasanızda olar) və 3 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfildən götürərək 3 st qaynar suda 5 dəq dəmləyin. Daha sonra 1 saat kənarda saxlayın. Soyuduqdan sonra süzün və bura 1 xörək qaşığı bal əlavə edib qarışdırın. 
 Deməli, bu çay həm sakitləşdirici, həm köpəleyhinə, həm də başgicəllənmə əleyhinə çox effektiv vasitədir. 1-3 ay müddətində gündə 3 dəfə olmaqla içə bilərsiniz. Zəncəfildən 3 ay istifadə edən revmatoid poliartrit xəstələri bunun çox böyük təsirini görəcəklər. Zəncəfil qeyri - steroid iltihabəleyhinə dərmanlardan daha yaxşı təsirə malikdir. Çünki  o, temperaturu azaltmağa, qrip və digər virus infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edir, ancaq həmin dərmanlardan fərqli olaraq qaraciyərin toksiki zədələnməsində iştirak etmir. 
  Zəncəfil+ Boymadərən dəmləməsi
 3 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil və 2 xörək qaşığı boymadərən götürülür və 3 st sida 10 dəqiqə dəmlənilir. Dəmləmə soyuduqdan sonra 1 xörək qaşığı bal əlavə edə bilərsiniz. 
 Bu çay isə qadınlar üçün faydalı olub, xüsusilə ağrılı aybaşı - Dismenoreya zamanı mübadilə-endokrin, psixo-emosional simptomları aradan qaldırılmasında faydalı hesab olunur.
 Zəncəfil + Cökə çiçəyi
Bu mənim ən çox sevdiyim və tətbiq etdiyim çaydır. 3 st qaynar suya 2 xörək qaşığı cökə çiçəkləri və 3 çay qaşığı sürtkəcdən keçirilmiş zəncəfil əlavə edərək 10 dəqiqə vam odda dəmləyin.  İlıqlaşdıqdan sonra zövqə görə bal və 2- 3 xr qaş limon şirəsi əlavə edin. Həm mükəmməl dada sahibdir, həm də faydası çoxdur. Gün ərzində sizin özünüzü gümrah hiss etməyinizə səbəb olacaqdır.

66
Paylaş: