1 qaşıq ud hindi nəyə qadirdir

udi hindi qaşıq

Ud hindi bitkisi şəfaları bitməyən bir bitkidir. Ud hindi insan orqanizmini sanki yeniləyir, bu bitki ilə müalicə olunan zaman orqanizm sanki təzələnir, mənim ən çox istifadə etdiyim bir bitkidir. Mən bu bitkinin bir neçə istifadə qaydasını yazmışam, indi isə öz praktikamda fayda gördüyüm xəstəlikləri yalnız çay kimi içilib sağaltması haqqında yazacam İnşAllah.

Ud hindinin faydaları

1 çay qaşığı ud hindi tozunu 1 stəkan qaynar suya qarışdırıb içilə biləcək vaxta qədər gözləyin, sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən yarım saat əvvəl için, bunu gündə 3 dəfə səhər, günorta, axşam yeməkdən 1 saat əvvəl  edin, və ya gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ud hindi tozunu ağıza atıb üstdən 1 stəkan su için, ud hindi bütün iltihabı xəstəlikləri tək başına götürə biləcək bir gücə malikdir. Bu qarışımın faydasını görmək üçün ən azı bir ay içmək lazımdır. Qanı duruldur, damarları elastik edir, təzyiqi normallaşdırır, beyin-qan dövranını yaxşılaşdırır, diqqəti və yaddaşı gücləndirir, zob düyünlərini əridir, faringiti götürür, anginanı qısa müddətə sağaldır, mədəaltı vəz xəstəliyi (pankreatit) zamanı çox faydalıdır, podaqra şişlərini əridir, qurdqovucudur, şəkər xəstələri üçün əvəzolunmaz bir şəfa mənbəyidi sadəcə şəkərin müalicəsi zamanı balın dozasın azaltmaq lazımdır. Xroniki qastrit və kolit zamanı faydalıdır, revmatizm və revmatoidli poliartrit zamanı mükəmməldir. Bütün əzələ ağrılarında faydalıdır, ödqovucudur, öd daşlarını əridir, böyrək daşlarını əridir, bağırsaq xovlarının arasındakı daşları əridir, sistit və böyrək iltihabı zamanı faydalıdır, immunteti çox gücləndirir, illərlə çəkən allergiyanı götürür, xroniki bronxit, astma, bronxit və vərəm xəstələri üçün şəfa mənbəyidir, damarların içini təmizlədiyindən və qanı durulaşdırdığından ürək qan damar sistemi üçün şəfalıdır. Qaraciyər piylənməsində, hepatitlərin bütün növlərində yüksəlmiş qaraciyər fermentlərində (Alt, AST, Yüksək xolesterin, Triqliseridlər,LDL, HDL, Yüksəlmiş bilrubində və s. ) Bir dəfə yaşı 50 yaş hədəvərlərində bir adam yüksək birubindən şikayətlənərək yanıma gəldi, mən ona gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ud hindi tozunu ağıza atıb üstdən 1 stəkan su içməsini dedim, bunu 2 ay etdikdən analiz etdirdi, nəticə 50 faiz yaxşılaşmışdı, daha 2 aylıq müalicədən sonra tamamilə normallaşdı. Bu vətəndaş Moskvada yaşayırdı və orda müalicə olunurdu deyir ki. Moskvadakı həkimimin yanına gedib nəticələri göstərdim, çox heyrətləndi (çünki həkim mənə daha bundan artıq bilrubin düşməyəcək demişdi).

Bir sözlə əziz oxucu, bütün bunları mən hardansa oxuyub bura yazmıram, mən bütün bu xəstəliklərin necə sağalmasının şahidiyəm. Unutmayın, Peyğəmbərimiz səlləllahu aleyhi vəsəllim – “müalicələrin ən yaxşısı hicama və ud hindi ile müalicədir” – söyləmişdir.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.