Uşaqlarda öskürək zamanı nə etməli?

öskürək

Əvvəlcə onu nəzərinizə çatdırım ki, öskürək orqanizmi qorumaq üçündür, öskürəklə bəlğəm və iltihab bədəndən təmizlənir. Uşaqlarda öskürək böyüklərdən fərqlidir. Beləki yeni anadan olmuş uşaqlar təxminən 6-7 aylığına qədər öskürəndə bəlğəmi tüpürə bilmirlər ona görə də uşaqlara bəlğəm gətiricilər verilməməli ya da çox az dozada verilməlidir ki, uşaqlara ziyanlıq verməsin. Yaxşı olar ki, belə uşaqlar daha mikrob öldürücü dərman bitkiləri və immunitet gücləndirici məhsullardan istifadə etsinlər.
Uşaqlar xəstələndikdə daha doğrusu pnevmoniya (sətəlcəm) olduqda çalışın uşağın sinə və kürəyini yarıbayarı qarışdırılmış zeytun və kamfora yağı  ilə masaj edəsiniz tək kamfora yağından istifadə etdikdə uşağın dərisini yandırar.

Massaj məqsədi ilə keçi piyindən də istifadə edə bilərsiniz. Keçi piyi təxminən qoz böyüklükdə əldə yumşaldılır, plastilin kimi sonra  uşağın sinə və kürək nahiyyələri masaj olunur. Keçi piyi həm tərlədici, həm də tempratur salıcıdır.

6 aylığa qədər uşaqlara biyan kökü dəmlənməsi çox effekli təsir edir beləki yarım çay qaşığı biyan kökü 1 stəkan suda 5 dəq qaynadılır sonra bu 1 stəkan dəmləmə bütün gün boyu uşağın içdiyi bütün çaylara və sulara qarışdırılır, çalışın uşaq gün ərzində 1 stəkanı içə bilsin. Biyan köklərinin tərkibində hormonlara bənzər maddələr (saponinlər)  vardır ki,  bunlar uşağın həm iştahını və həm də immunitetini yaxşılaşdırır, biyan kökü həmdə şirindir. Biyan kökü dəmlənməsini 10 gün verə bilərsiniz. Əgər öskürək artıq 2 həftə keçmirsə onda belə edin, 30 qram rafinə olunmamış zeytun isidin içinə 10 qram  kiçik kiçik propolis doğrayıb qarışdırıb əridin, sonra yağ soyuduqdan sonra süzüb qatran hissəsini atın, sonra 100 qram bal ilə qarışdırıb bu qarışımdan 1 yaşdan yuxarı uşaqlar üçün gündə 3 dəfə yeməkdən əvvəl çay qaşığının ucunda verə bilərsiniz, 5 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə yarım çay qaşığı verə bilərsiniz bunu 2 həftə etmək olar.

Uşaqlara rahat içilə bilən və tam təbii bitkilərdən hazırlanmış bronxonat siropu da çox faydalıdır. Xatırladım ki, bronxonat siropunun tərkibi əsasən uşaq öskürəklərinin qarşısını almaq üçün mən hazırlamışam və öz uşaqlarıma da həmişə vermişəm. Uşaqlarda dayanmadan boğucu öskürəklər olduqda 1 stəkan isidilmiş südə 1 çay qaşığı bal qarışdırıb verin belə etsəniz öskürəyin intervalları uzanacaqdır. Həm uşaqlar həm də böyüklər üçün faydalı olan bir tərkibi də yadınıza salım deməli 1 ədəd  qara turpu soyun, qənd dilimlərinin yarısı qədər kubik formasında doğrayın yarım stəkan bal ilə bir birinə qarışdırın 12-14 saat ağzı bağlı bankada otaq tempraturunda saxlayın. 14 saatdan sonra banka açıldıqda maye kimi olacaqdır bu mayedən uşaqlara gündə 3 dəfə 1 çay qaşığı böyüklərə isə gündə 3 dəfə 1 xörək qaşığı verin bu həm öskürək həm də göy öskürək üçün faydalıdır, bunu 1 həftə edə bilərsiniz.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.