Xurmanın faydaları (birinci yazı)

xurma

Yeyəcəyimiz bütün meyvələrin şahı, tərkibində heç bir meyvədə olmayan qədər zülal, yağ və karbohidrat olan, özündə bol-bol vitamin və mineral saxlayan xurma heç bir əlavə qida almayan orqanizmin bütün ehtiyaclarını ödəyə bilər. Xurma Allahın yaratdığı mükəmməl bir meyvədir.

Xurma bizim müqəddəs kitabımız olan Quranda ən çox adı çəkilən meyvədir, eyni zamanda müxtəlif ayələrdə xurmanın faydaları haqqında məlumatlar vardır. Məryəm surəsi, ayə 25: “Xurma budağını özünə doğru çək, üzərinə yetişmiş xurmalar tökülsün”, Gəlin bu ayədəki hikmətə baxaq. Deməli, həmin vaxt həzrəti Məryəm anamız hamilə olur və həzrəti İsa peyğəmbəri dünyaya gətirir və cənabı Allah xurma meyvəsini ona hədiyyə olaraq göndərir. Həmin vaxt xurma ağacı qurumuş olmasına baxmayaraq üstündən yaş və təzə xurmalar tökülür. Bəs niyə Allah Cəllə Cələlühü Məryəm anamıza məhz xurma yeməsini məsləhət gördü?

Xurmanın tərkibi

Alimlər araşdırıblar ki, xurmada çox miqdarda oksitosin maddəsi vardır ki, bu maddə doğuş zamanı uşaqlığın daha çox yığılmasına və bu anın rahat keçməsinə səbəb olur. İndi xəstəxanalarda da doğuş vaxtı bu iynədən istifadə olunur və eyni zamanda bu maddə doğuşdan sonra da uşaqlığın sürətlə yığılmasını təmin edir. Bax budur, müqəddəs kitabımızın hər nöqtəsi qüsursuz yazılmışdır.

Xurma həm də ana südünü artırır. Hədislərin birində deyilir ki, hamiləliyin son aylarında qadınlar xurma yesələr uşaqları ağıllı və gözəl olar, başqa bir hədisdə: “Xurma yeməyə davam edin, çünki xurma həzrəti Adəmin artıq qalmış palçığından yaradılmışdır”- deyilir. Deməli, xurma tərkibcə də insan orqanizminə çox yaxındır.

Fizuli Hüseynov

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.

Herba Medical Tibb Mərkəzinin baş həkimi, Həkim-fitoterapevt Dr. Fizuli Hüseynov.