Mənim də bir qaranlıq məsələyə görə savadlı insanların yardımına ehtiyacım var. Məsələn Peyğəmbərimizdən (s.a.s.) belə bir hədis var: suyu ayaq üstə yox, oturaraq için. Mən bu hədisin səhih və ya qeyri-səhih olmasını bilmirəm. Buna dindarlarımız açıqlama versələr yaxşı olar (hədisin tam qaynağını göstərmək şərtilə). Mən niyə bu hədisdən danışmaq istəyirəm. Bütün qaynaqlarda bu hədis misal çəkilir və ayaqda su içən adamlara oturmaq tövsiyyə olunur. Hədisin elmi izahını verənlər isə belə deyirlər ki, ayaq üstə su içən zaman su mədəyə yox birbaşa bağırsağa tökülür guya insan ayaq üstə olan zaman mədədəki qırışlar uzununa olduğundan həmin qırışların arasından su keçərək bağırsağa tökülür və mədə şirəsinə qarışmadığından su bağırsaqlara ziyan edir, amma oturan zaman isə su mədədə qalır, mədədə isinir, mədə şirəsi ilə qarışır, sonra bağırsağa tökülür.

Mən bir həkim kimi deyirəm ki, bu səhv fikirdir, çünki mədədəki qırışlar uzununa yox eninədir və ayaq üstə su içilən zamanda su mədəmizdə qalır və bizim bağırsaqlarımıza heç bir ziyanı yoxdur. Ola bilər oturaraq su içmənin başqa xeyirli tərəfləri var, bunu da kimsə izah etsə öncədən təşəkkür edirəm.

(948 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.