Bəlkə də yadınıza düşdü, hələ SSRİ dönəmində Azərbaycanda barmaqla sayılacaq qədər mineral su istehsal olunurdu ki, bunlardan biri də Vayxır mineral suyu idi. Vayxır mineral suyu minerallığına görə bugün marketlərdə satılan yerli suların içində ən zəngin tərkibli sudur. Minerallıq dərəcəsi 7 qram/litrdir. Osmotik qatılığı insanın qan plazmasına yaxın olan yeganə sudur. Tərkibində hidrokarbonatlar, natrium, kalium, kalsium, yod, dəmir, mis, sink, arsen, stronsium və s. var.

Vayxır suyunun içilməsi hepatitlər, qaraciyər çatışmazlığı, xroniki qastrit, xroniki kolit, müxtəlif mənşəli diatezlər, sistem xəstəlikləri, şəkərli diabet və s. zamanı faydalıdır. Bugün qəbul etdiyimiz market məhsulları bədənimizin mühitini turşlaşdırır və nəticədə də saysız xəstəliklərin baş qaldırmasına səbəb olur. Daha çox polikistozlar, mio- malar, sistem və şiş xəstəlikləri, skleroz kimi xəstəliklərin yaranmasında bu faktor önəmli hesab olunur. Vayxır mineral suyu bədənimizin mühitini qələviyə doğru dəyişdirir və bununla da saydığım xəstəliklər yavaş-yavaş aradan qalxır.

Son dövrlər xərçəng xəstəliyinin müalicəsində sodadan da istifadə olunur amma sodanın əlavə təsirləri də vardır. Məsələn, mədə turşusunu tam neytrallaşdırır və mədə xərçənginin olma riskini artırır, amma hidrokarbonatlı sulardan istifadə isə həm mədə-bağırsaq, həm də xərçəng üçün çox faydalıdır.

(2,269 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.