Xurma meyvəsinin həm özü, həm toxumu, həm də tozcuqları bir çox dərdlərin dərmanıdır. Xurmanın hansı xəstəliklərdə yeyilməsi və ziyanları barədə məlumat vermək istəyirəm.

Xurmanın tərkibində bol maqnezium olduğundan qıcolmalar zamanı faydalıdır.

Xurmanın tərkibində banandan 2.5 dəfə çox kalium olduğundan ürək əzələsinin zəifliyi nəticəsində əmələ gələn səyirmənin və aritmiyanın qarşısını alır.

Xurma zəngin kalsium mənbəyi olduğundan böyüməkdə olan uşaqların və yaşlı insanların gündəlik qidasına daxil olmalıdır. Osteoporoz xəstəliyində əvəzolunmaz qidadır.

Xurma diş ətini möhkəmləndirir, tərkibində təbii fruktoza çox olduğundan bədənə enerji verir, immuniteti artırır.

Xurmanın tərkibində B1 və B2 vitaminləri vardır, bunlar sinir və qaraciyər xəstəlikləri zamanı faydalıdır. Hər gün acqarına yeyilən xurma mədə və bağırsaqların fermentativ aktivliyini yüksəldir.

Xurma sink və fosforla zəngin olduğundan sonsuzluğun müalicəsində əvəzolunmazdır.

Xurma özündə çox miqdarda A vitamini saxlayır, görmə zəifliyin-də həmişə istifadə olunmalıdır.

Daxili qanaxmaları olan insanlar üçün xurma çox faydalıdır, qan-axmanı tez bir zamanda dayandırır.

Xurma damar kirəcləşməsini aradan götürür, qanda yüksək xolesterini aşağı salır.

Xurma bütün əzələləri, hətta mədə-bağırsaq əzələlərini belə qüvvətləndirir, ona görə də mədə sallanması olanlar üçün faydalıdır.

Səhərlər acqarına xurma yeyildikdə bağırsaq qurdlarını tökür.

Oruclu insanın iftar və imsak zamanı ən faydalı qidası xurmadır.

Xurmadan hazırlanan bəkməz həm çox dadlıdır, həm də saydığım bütün bu xəstəliklərdə və əlavə olaraq öskürəkdə, ağciyər vərəmində və bronxitlərdə çox faydalıdır. Xurma bəkməzini səhər yeməklərində də istifadə etmək olar.

DİQQƏT! Saydığım bütün bu problemlər zamanı bəzi adamlar xurmanı həddən artıq yeyə bilərlər. Belə ki, xurmanı çox miqdarda yemək olmaz, çox yeyildikdə qəbizlik, başağrısı, ürəkbulanma törədə bilər. Onu qızdırması olan xəstələrə yedirtmək olmaz. Xurmanı çox yedikdə üstündən xiyar, yemiş, qarpız yemək və ya alma sirkəli bal şərbəti içmək lazımdır.

(4,310 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.