Pərpərən, Pərpətöyün, Gəlinbarmağı kimi tanınan bir bitki Azərbaycanın hər tərəfində yabanı olaraq bitir. Yadımdadır Sovet dönəmində pərpərənin duza qoyulmuş turşusunu Azərbaycan istehsal edirdi və dünyanın bir çox dövlətlərinə eksport edilirdi, xatırladım ki, pərpərən turşusu indi də Avropada sevilərək istifadə olunur iş adamlarımız bu barədə düşünsələr yaxşı olar İnşAllah. Pərpərənin tərkibində minerallardan sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və demək olar ki, vitaminlərin bir çoxu əsasən C vitamini, A vitamini daha çoxdur. Olduqca faydalı bir bitkidir demək olar uşaqdan tutmuş qocalara qədər hamı üçün faydalıdır. Daimi istifadə edən insanlarda dəri parlaqlığı, gümrahlıq, mədə, bağırsaq normal çalışması, əsəb gərginliyi əleyhinə, zəiflik əleyhinə istifadə oluna bilən bir nemətdir həm də gözəl dadı vardır, gözəl bir qida vasitəsidir. Tərkibində başqa bitkilərdə nadir rast gəlinən noradrenalin vardır ki, bunun hesabına yüksək təzyiqi aşağı salır.

Faydaları haqqında ətraflı:

– Anemiya, qan azlığında faydalıdır tərkibində bədən tərəfindən tez sorula biləcək dəmir vardır;

– Tərkibindəki saponinlər orqanizmə gümrahlaşdırıcı bir təsir göstərir, yorğunluq uzun sürən xəstəlik  zamanı içilməsi faydalıdır;

– Qan təzyiqini salır və qanda şəkəri normallaşdırır;

-Tərkibindəki zəngin kalsium sümük boşluğunda, sümük əriməsində faydalıdır;

– Tərkibindəki kalium ürək əzələsini və saya əzələrin işini normallaşdırır;

– Uzun zaman sidikqovucu dərman içənlərdə kalium bədəndən qovulur amma pərpərən həm sidikqovucu kimi istifadə olunur həm də itirilən kaliumun əvəzinə tərkibindəki kaliumu bədənimiz mənimsəyir;

– Göz zəifliyindən əziyyət çəkənlər üçün faydalıdır tərkibində A vitamininə görə;

– Prostat vəzi xəstəliklərində faydalıdır;

– Beyinin inkişafı üçün faydalıdır əsasən uşaqlar üçün faydalıdır;

– Qaraciyər çatışmazlığı üçün olduqca faydalıdır;

– Tərkibindəki selikli maddələr yaxşı bir bəlğəmgətiricidir

– Dərini parlaqlaşdırır, cavanlaşdırır;

– Zob xəstələri üçün faydalıdır;

– Əsəbsakitləşdirici təsiri vardır, yuxunu dərinləşdirir;

– Xərçəngdən qorunmaq üçün faydalıdır tərkibində güclü antioksidantlar vardır;

– Qəbizlik əleyhinə təsiri vardır bununlada babasil üçün faydalıdır;

– Tərkibindəki selikli maddələr qastrit və kolitlər zamanı mədə bağırsağa bürüyücü olaraq təsir gösrərir və sağaldır;

– Yüksəlmiş xolesterini salır ümumiyyətlə ALT AST Bilrubin və triqliseridlərin yüksəlməsini aşağı salır;

– Aterosklerozda çox faydalıdır. Arıqlamaq istəyənlər üçün çox faydalıdır beləki təzə pərpərən yığılır qaynadılır və qatığa qarışdırılıb yeyilir.

Tərkibində zəngin omeqa 3 vardır beyin inkişafı üçün faydalıdır, cinsi istəyi artırır çünki tərkibində E vitamini vardır. Pərpərənin bir neçə istifadə formaları vardır məsələn ən faydalısı, çiy olaraq salatlara qarışdırıb yeməkdir, bir buğum qaynadıb 1 xörək qaşığı qaynadılmış pərpərəni 1 stəkan qatığa qarışdırıb yemək də çox faydalıdır, bu qarışıma 1 diş sarımsaq əlavə olunanda çox ləzzətli olur. Pərpərən turşusunu qoyanda ehtiyyatlı olmaq lazımdır çünki pərpərən turşusunda olduqca qorxulu olan botulizm törədiciləri inkişaf edə bilər əgər turşusunun qapağı şişibsə istifadə etməməlisiniz, yaxşı olar turşusunu qoyanda bankanın ağzı konserv kimi kip olaraq bağlanılmasın.

(9,782 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.