Müqəddəs kitabımız Qurani kərimdə bizlərə ölmüş heyvan əti və qan yeyilməsi qadağan edilib. Bizlər Əlhəmdülilləh buna diqqət edir və əməl edirik. Amma bəzi dinlərdə buna diqqət edilmir və yeyilir xatırladım ki, islam dinində yalnız çarəsiz halda olduqda leş ətinin yeyilməsinə, acından ölməyəcək qədər yeyilməsinə icazə vardır. Leş əti haqqında bu məqaləni oxuduqda, bir daha islamın gözəlliklərini görəcəksiniz. Deməli heyvan özü özünə ölərsə bağısaqlardan, əzələlərdən, vəzilərdən və toxumalardan bütün toksiki maddələr, mikroblar, bakteriyalar, viruslar hamısı sürətli şəkildə qana keçir nəzərə alsaq ki, ölmüş heyvanın qanı daxilində qalır deməli bütün orqanlar və əzələlərə zəhərlənmiş qan daxil olur və bizim bunu yeməyimiz isə zəhərlənmiş əti yeməyimiz deməkdir. Bundan başqa, bu gün daxilində qan olan preparatlar apteklərimizdə satılır hansıki qan azlığı, anemiya müalicəsində istifadə olunur. Xatırladım ki, bu preparatlar da laxtalanmış və tərkibi toksinlərlə zəhərlənmiş qandan hazırlanılır bunlara diqqət etməmiz lazımdır. Çalışın Allahın halal buyuruduqları ilə qidalanın ki, qəlblərinizə qaranlıq çökməsin. Sonda heyvanların üzü qibləyə kəsilməsində bir hikmət vardır. Həmişə qiblə tərəfdə bir cazibə (çəkmə) vardır ki, üzü qibləyə kəsilmiş heyvanlardan daha çox qan axır və ət saflaşır.

(1,029 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.