Bu çay haqqında yazmaq istəyəndə yadıma belə bir olay düşdü. Deməli 5 il bundan öncə biz Herba Flora firmasında bizim marketlərimizdə olmayan tam təbii limonadlar istehsal etdik, məsələn cökə limonadı ballınanə, kəklikotu, itburnu limonadları və sair xatırlayırsınızsa (fitonad limonadları) necə istehsal edib mağazalara qoyduqsa eləcədə istifadə müddəti qutardı və geri götürdük. Mənə maraqlıdır, bizim insanlarımız nə qədər armud və tərxun limonadları içər. Deməli armud və tərxun limonadından başqa, heç bir limonada bizim bazarda ehityac yoxmuş.

İndi çay da həmçinin, biz yalnız qara çaydan başqa heç bir çayı ya içmirik və ya bəyənmirik amma formalaşmış bu mühavizəkarlığı qırmaq lazımdır. Allahın görün nə qədər nemətləri var bunlardan istifadə etmək lazımdır arada çökə çayı için , dazıotu cökə qarışımlı çay həm dadlı, həm də olduqca faydalıdırş. Çobanyastığı, qaraqınıq qarışımlı çay çox dadlı və saymaqla bitməyən faydaları vardır. Xatırladım ki, bizim bu paylaşımdakı çayımız yaşıl çay ilə kəklikotu qarışımından ibarət çaydır. Deməli belə edirsiniz 3-4 stəkan su tutan çaynikə 1 dolu xörək qaşığı yaşıl çay, 1 çay qaşığı kəklikotu qarışdırıb 15 dəq dəmləyin, çox ləzzətli bir çay görəcəksiniz. Əsəb sakitləşdirici, rahatlaşdırıcı, xoş ətirli bir çaydır bədəndəki şlakları təmizləmək üçün də faydalıdır, çay zəif sidikqovucu olduğundan arıqlamaq istəyənlər üçündə faydalıdır.

(2,737 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.