Gözaltı torbalanma və ya morluqları kimi xoşagəlməz hallar əsasən böyrək, qaraciyər, ürək, qan-damar sistemindəki problemlərdən sonra əmələ gəlir. Bu zaman əvvəlcə göz altında zəif torbalanmalar və zaman keçdikdə isə torbacıqlar böyüməyə başlayır, belə görünüş ilk baxışdan həmin insanın xəstə olmasını göstərir. Bəzi hallarda bədəndə K vitamini çatmayanda da torbacıqlar əmələ gələ bilir. Antibiotiklərdən (əsasən tetrasiklin qrupundan) çox istifadə etdikdə də əmələ gələ bilir. Gözaltı torbacıqlarının, mənim praktikamda, ən yaxşı effekt aldığım ud hindi ilə müalicəsi idi. Torbacıqların nədən əmələ gəlməsindən asılı olmayaraq ud hindi çox gözəl təsir göstərir. Çünki ud hindi geniş spektrli təsir göstərən dərman bitkisidir, saydığım bütün orqanların çatışmazlığı varsa təsir göstərə bilir.

Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb, ilıq olanda 1 çay qaşığı bal qarışdırıb içə bilərsiniz. Başqa bir qəbul qaydası belədir 1 çay qaşığı ud hindi tozu ağıza atılır üstündən 1 stəkan su içilir və ya 1 çay qaşığı ud hindini 1 stəkan çiy suya qarışdırıb içə bilərsiniz. Ud hindinin dadı bəzi adamların xoşuna gəlməyə bilər belə insanlar, ud hindin kapsullarından istifadə edə bilərlər gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 2 kapsul içmək lazımdır, xəstəlik tam sağalana qədər. Xatırladım ki, ud hindi böyrəklərdə əmələ gələn daş, duz və qumlardan təmizləyir, böyrək iltihabını aradan qaldırır, qaraciyərin demək olar bütün çatışmazlıqlarında çox faydalıdır pd istehsalını artırır, hepatitlərdə əla nəticə verir, ağız acılığını aradan qaldırır, öd daşlarını əridir, ürək-qan damar sistemi üçün mükəmməldir, ateroskleroz və infarkt öncəsi istifadəsi olduqca faydalıdır.

(5,595 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.