Xatırlatmaq üçün deyim ki, bazarlarda bəlkədə rastlaşmısınız bu içki ilə, çox dadlıdır ləzzətvericidir, mən çox sevirəm bu içkini dadlı olduğu qədərdə faydalıdır tərkibində olan vitamin C-nin çox hissəsi parçalansada bütün mineralları və karotinləri olduğu qədər faydalılığını saxlayır uşaqlar üçün olduqca faydalı bir içkidir, hamilə qadınların gündə 1 stəkan içməsi çox faydalıdır həm ana üçün, həmdə doğulacaq uşaq üçün, sümük boşluğu və sümük əriməsindən əziyyət çəkənlər, göz zəifliyi, iştahsızlıq, halsızlıqdan əziyyət çəkənlər üçün faydalıdır.

İtburnu əzməsi içkisi. 2 kq itburnu meyvəsinin üstünə 1 litr su əlavə olunur vam odda meyvələr yumuşalanadək qaynadılır, ələkdən keçrilir toxumları atılır, üzərinə olsa bal olmasa şəkər əlavə olunur zövqə görə bu içkini qatılaşdırmaq lazımdır onda belə edirsiniz deməli 1 kq vələmir vəya yulaf ovuntusunu (mağazalarda satılır) 1,5 litr suda axşamdan səhərədək saxlayıb səhər vam odda qaynadıb süzün, suyunu itburnu şirəsi ilə qarışdırın içkimiz hazırdır.

İtburnu əzməsi. 2 kq itburnu yuyulur üzərinə 3 stəkan su əlavə olunur vam odda qaynadılır yumşalanda ələkdən keçrilir və isti-isti şüşə bankaya yığılır ağzı bağlanılır. Əzməni bal şərbətinə qarışdırıb içə bilərsiniz.

İtburnu povidlası. İtburnu əzməsi hazırlanılır üzərinə 1 kq şəkər 2 stəkan su əlavə olunub qatılaşanadək bişirilir. Povidla isti-isti şüşə bankalara doldurulub ağzı kip bağlanılır.

(3,426 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.