Ud hindi və biyan bitkisi haqqında ayrı-ayrılıqda geniş yazılarımız olub və bu bitkilərin hər birinin əvəzsiz bir bitki olması barədə məlumatlıyıq, amma hər iki bitki haqqında səsləndirilən fikir bitkilərin rahat istifadə edilə bilməməsidir. Biyan köklərinin həddindən artıq şirin bir dadı olduğu üçün çox adam istifadə edə bilmir, ud hindi bitkisinin isə dadı acı olduğu üçün çox adamlar istifadə etməkdə çətinlik çəkirlər. Bu iki bitkinin birlikdə istifadəsi həm təsirlərini gücləndirir, həm də istifadəsini rahatlaşdırır.

Deməli hərəsində 200 qram götürüb toz formasında bir-birinə qarışdırın, ağzı kip bağlanılan qabda saxlanılmalıdır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı 1 stəkan qaynar suya qarışdırıb su ilıq olanda içmək lazımdır.

Faydaları:

  • Mədə üçün faydalıdır (qastrit, erroziyalar)
  • Mədə turşuluğunu və gəyirmələri aradan qaldırır
  • Qida borusu səpgi və erroziyalarında faydalıdır.
  • 12 barmaq bağısaq yaralarında və səpgilərində faydalıdır.
  • Bədəni qüvvətləndirmək üçün faydalıdır.
  • İmmunitet gücləndirmək üçün əla bir vasitədir.
  • Öskürək, xroniki bronxit, vərəm, pnevmoniya zamanı faydalıdır.
  • Cinsi istəyi qüvvətləndirir.
  • Qaraciyər çatışmazlığı (hepatitlər, sirroz, piylənmə) zamanı faydalıdır.
  • Xərçəngdən qorunmaq üçün faydalıdır.
  • Adət pozulmalarında (adətin gecikməsi) faydalıdır.
  • Yorğunluqda, halsızlıqda, təzyiq düşəndə, qan azlığında faydalıdır.
  • Səs batmasında, inaq olmalarda faydalıdır.
  • Davamlı içildiyində böyrək qumlarını əridir.
  • Böyrək iltihabında faydalıdır.
  • Qəbizlikdən əziyyət çəkənlər üçün faydalıdır.
  • Ağız yaralarında ağız boşluğu dəmləmə ilə gündə 7-8 dəfə qarqara edilir.
  • Anginalarda həm qarqara edilir, həm də daxilə qurtum-qurtum içilir.
  • Zob xəstəliyində çox faydalıdır. (böyümüş zob düyünlərini əridir)
  • Dəri çibanları, səpgiləri, sızanaqları olanlar üçün faydalıdır.
  • Dəmrovlarda və ekzemalarda həm daxilə içilir, həm də üstünə pambıqla gündə 3-4 dəfə vurulur.
  • Uzun müddət allergiyadan əziyyət çəkənlər üçün faydalıdır. Xatırladım ki, bu qarışımı yazdığım dozadan artıq içmək olmaz, çünki biyanın tərkibində olan saponinlər hormonabənzər təsir göstərdiyindən əlavə problemlər əmələ gələ bilər. Əgər təkrar istifadə etmək istəsəniz 1 ay ara verəndən sonra istifadə edə bilərsiniz. Qarışımdan istifadə edən zaman yüksək təzyiq və bitkilərə fərdi olaraq allergiya olsa istifadəni dayandırmaq lazımdır.
(1,798 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.